Ukrayna ordusu Luqansk yaxınlığındakı Qorskoye şəhərini azad edib

🗓 14.08.2014 01:37 ✍️ "Elçi" qəzeti
Ukrayna Milli Qvardiyasının bölmələri Qorskoye şəhərinə daxil olaraq yaşayış məntəqəsini img1615845separatçılardan azad ediblər.
APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə  Ukrayna Milli Qvardiyasının mətbuat xidmətindən bildirilib. Ukrayna dövlət bayraqları şəhər administrasiyası binasının və yerli mədəniyyət evinin üzərindən qaldırılıb.  Hazırda Ukrayna ordusu şəhərin ətrafında blokpostlar qurur.

 Yaşayış məntəqəsi azad edilərkən şəxsi heyət arasında itki baş verməyib. Hazırda separatçılar bir neçə qrupa parçalanıb, onların silah sursatla təchizatı tamamilə dayandırılıb.

Bənzər yazılar