S-300-lər ballistik raketlərdir. Onlar trayektoriyasını korrektə edə bilirlər. Bu, onların vurulmasının mümkünsüzlüyünün səbəblərindən biridir.
Elchi.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiyanın S-300 raketlərinin çətinliklə vurulması ilə bağlı ünvanlanan suala cavabında deyib.
Onun sözlərinə görə, ruslar S-300-dən yerüstü hədəflərə qarşı istifadə etdikdə, bu raketlər 100 kilometrə qədər uça bilir:
“İstər koordinatlarla, istərsə də GPS ilə… 100 kilometri səsdən yüksək sürətlə bu raket bir neçə dəqiqə, hətta saniyə ərzində uçur. Xarkov sakinləri onun 40-50 saniyəyə uçduğunu yazıblar. Belə qısa müddətdə buraxılışın aşkarlanması, məlumatların işlənməsi, görüş nöqtəsinin hesablanması və S-300-ün hədəfə daxil olmasından əvvəl onun qarşısını almaq üçün raketin buraxılması demək olar ki, mümkün deyil”.
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...





















Son şərhlər