Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra bildirib ki, Hindistan Ukrayna münaqişəsinin uzunmüddətli nizamlanmasına nail olmaq üçün bütün səyləri alqışlayır.
Elchi.az xəbər verir ki, o, Rusiya lideri ilə digər məsələlərlə yanaşı, Ukrayna məsələsini də müzakirə etdiyini bildirib.
“Biz Ukrayna münaqişəsinin sülh yolu ilə, uzunmüddətli həlli üçün bütün təşəbbüsləri, bütün səyləri alqışlayırıq”, – Modi deyib.
Baş nazir əlavə edib ki, Hindistan müvafiq təşəbbüslərin həyata keçirilməsində köməklik göstərməyə hər zaman hazırdır.
Yeganə





















