Ukrayna müharibəsi onilliklərlə uzana bilər – Çavuşoğlu

41

Ukraynada vəziyyət onilliklərlə uzana bilər. Vəziyyət bu və ya digər şəkildə döyüş meydanında uğur qazanmaqla deyil, danışıqlar masası arxasında nizamlanacaq.

Elchi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Rusiya-Ukrayna XİN rəhbərlərinin Antalyada keçirilən görüşü və onların nümayəndə heyətlərinin İstanbulda təkbətək görüşündən sonra tərəflər atəşkəslə bağlı razılaşmalara yaxın olublar. Lakin sonra tərəflər dialoqdan uzaqlaşıblar. Bu gün şərtlər martda olanlardan ciddi şəkildə fərqlənir. Yeni reallıqlar var. Vəziyyət daha mürəkkəbdir, amma ümidimizi itirməməliyik”, – o bildirib.

Çavuşoğlu qeyd edib ki, Ukraynaya hərbi yardım artdıqca, qarşıdurmanın onilliklər boyu uzana bilməsi təhlükəsi var.