Ukrayna müdafiə nazirinin müavini istefa verdi

40

Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov istefa verib.

Elchi.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Müdafiə Nazirliyinin saytında dərc olunub.

Məlumata görə, Şapovalov Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh idi. O, Ukrayna Silahlı Qüvvələrinin sabit təchizatına təhlükə yaratmamaq üçün işdən çıxarılmasını xahiş edib.