Rusiya Silahlı Qüvvələrinin pilotunun təyyarəsinin Xarkov yaxınlığında vurulduğu bildirilir.
Elchi.az xəbər verir ki, Ukrayna məhkəməsi ötən ilin martında Xarkov yaxınlığında təyyarəsinin vurulduğu iddia edilən rus hərbi pilota hökm oxuyub. Cümə günü, martın 3-də Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) bildirdiyinə görə, pilot 12 il müddətinə azadlıqdan məhrum edilib.
Departamentin Telegram kanalında dərc olunan bəyanatda deyilir: “SBU-nun materiallarına görə, rusiyalı pilot 12 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək”.
Bildirilir ki, adı açıqlanmayan pilot məhkəmə tərəfindən Ukrayna Cinayət Məcəlləsinin 28-ci maddəsinin 2-ci hissəsi və 438-ci maddəsinin 1-ci hissəsi “Müharibə qanunlarının və adətlərinin pozulması” ilə təqsirli bilinib.
Şayəstə