Ukrayna Kremennaya yaxınlığında müdafiə xəttini yarmağa çalışır

140

LPR Xalq Milislərinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko bildirib ki, Kremennaya şəhəri ərazisində Ukrayna Silahlı Qüvvələrinin müxtəlif bölmələri Rusiya hərbçilərinin müdafiəsini beş dəfəyə qədər yarmağa çalışırlar.
Elchi.az xəbər verir ki, onun sözlərinə görə, digər məsələlərlə yanaşı, Ukrayna hərbçiləri Krasnoliman istiqamətində irəliləməyə çalışır.
“Ukrayna Silahlı Qüvvələri müntəzəm olaraq Kremennaya bölgəsində müdafiə xəttimizi yarmağa çalışır. Ukrayna hərbçiləri əvvəllər itirdikləri mövqelərini bərpa etmək istəyirlər”, – deyə Maroçko əlavə edib.
O, aydınlaşdırıb ki, Ukrayna Silahlı Qüvvələri itkilər verir, lakin hələ də irəliləməyə cəhd edir. Xüsusilə, bir gündə ərazinin bəzi bölgələrində beşə qədər hücum edə bilərlər.

Şayəstə Hüseynova