Ukrayna Təhlükəsizlik Xidməti Krımdakı Belbek hərbi aerodromunda Rusiyaya məxsus iki “Su-27” qırıcısını vurub.
Bu barədə Elchi.az Ukrayna mediasına istinadən məlumat verir.
Məlumata görə, təyyarələrdən biri tam yüklənmiş və döyüş tapşırığına hazır vəziyyətdə olub – o məhv edilib.
Ukrayna Təhlükəsizlik Xidməti, həmçinin aerodromun dispetçer qülləsinin vurulduğunu təsdiqləyib. Bildirilib ki, bu, aerodromda uçuşların təşkilini çətinləşdirir.
Hər iki təyyarənin təxmini dəyəri 70 milyon dollardır.





















