Ukrayna hərbçiləri Amvrosiyevka yaşayış məntəqəsi yaxınlığında Rusiyanın pilotsuz təyyarəsini vurublar.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Anti-terror Mərkəzindən məlumat verilib.
Mərkəzdən verilən məlumata görə, vurulan “Orlan-10” pilotsuz təyyarə Sankt-Peterburq Xüsusi Texnologiya Mərkəzində istehsal olunub.
Anti-terror Mərkəzi həmçinin, vurulan aparatın fotosunu da yayımlayıb.