Ukrayna bunları istəyir, verməyəcəyik – Bayden

54

Seçkidən sonra da Ukraynaya dəstək davam etdiriləcək, amma müasir ABŞ təyyarələri Kiyevə verilməyəcək.
Elchi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
Onun sözlərinə görə, Ukrayna ABŞ-ın vermək niyyətində olmadığı yardımları belə istəyib:
“Məsələn, məndən dəfələrlə soruşmuşdular ki, biz Ukrayna üzərində təhlükəsiz səmaya zəmanət vermək üçün ABŞ təyyarələri təqdim edəcəyikmi? Mən dedim ki, yox, biz bunu etməyəcəyik. Biz Üçüncü Dünya müharibəsinə qoşulmaq fikrində deyilik”.