"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Uğurlu brendinqin sirləri -Aida Ramiz danışır

14 İyul 2025 - 19:19
in CƏMİYYƏT

aida

FacebookVatsap

Müsahibimiz “PR Point Baku”nun təsisçisi və PR və şəxsi brendinq meneceri Aida Ramizdir.

Bunu da oxuyun

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

– Öncə oxuculara şəxsi brendinq haqqında məlumat verərdiniz. Şəxsi brendinq nədir və sizcə niyə bu qədər aktuallaşıb?

– Şəxsi brendinq özün haqqında başqalarının nə danışdığını
eşitmədiyin otaqlarda formalaşan imicdir. Artıq bir diplom və ya CV kifayət
etmir, insanlar sənin nə etdiyini yox, kim olduğunu və necə görünmək istədiyini soruşurlar. Brend olmaq fərqlənməkdir, öz mövqeyini göstərməkdir. Fərqlənə bilməyən itir, görünməyən isə sadəcə silinib gedir.

– Bir şəxsi brend meneceri olaraq “özünü satmaq” ifadəsi doğrudurmu, yoxsa bu anlayışla bağlı yenidən düşünülməlidir?

– Bu ifadə çox zaman yanlış anlaşılır. Elə bil insanlar düşünür ki, brend olan adam özünü bazara çıxarır. Halbuki burada söhbət öz dəyərlərini, bacarıqlarını düzgün təqdim etməkdən gedir. Bu, özünü satmaq
deyil, özünü mövqeləndirməkdir. İnsanlara deməkdir ki, mən bu sahədə bu
problemi həll edə bilirəm. Əslində bu, özünü tanıtmaq mədəniyyətidir.

– Bir şəxsin şəxsi brendi olmadıqda hansı imkanları qaçıra bilər?

– Əgər sən danışmırsansa, sənin haqqında başqaları danışacaq və bəlkə də səni tam fərqli şəkildə təqdim edəcəklər. Brendi olmayan insanlar iş imkanlarını əldən verir, tədbirlərdə yadda qalmır, “birini tanımırsan?” sualında heç vaxt ağıla gəlmirlər. Brendin yoxdursa, sadəcə
iş görürsən. Amma brendin varsa, işin sənə qapılar açır.

-Brend olmaqla maddi qazanc arasında necə bir əlaqə var?

– Xeyli birbaşa və real bir əlaqə var. Əgər insanlar sənə güvənirsə, dəyərini bilirsə, istədiyin qiymətə istədiyin işi təqdim edə bilirsən. Eyni işi görən iki nəfərdən biri daha çox qazanırsa, səbəb onun haqqında danışılmasıdır. Brend olan şəxs qiymətini özü təyin edir, olmayan isə digərlərinin şərtlərinə razı olur. Şəxsi brend etibar gətirir, etibar isə qazancı.

-Şəxsi brend qurmaq istəyənlərin ən çox etdiyi səhvlər nələrdir?

-İnsanlar çox zaman hamı üçün maraqlı olmaq istəyirlər. Amma bu yanaşma nəticədə heç kim üçün maraqlı olmamağa gətirib çıxarır. Digər səhv isə “kopyalamaqdır”. Kiminsə danışıq tərzini, üslubunu, postlarını kopyalayırsansa, o zaman əsl sən olmursan. Üçüncü səhv isə davamlı olmamaqdır. Bir neçə postla mövcud olmaq olmaz. Şəxsi brend bir prosesdir, marafondur və bu ani yox, davamlı olmalıdır.

-Sosial media bu prosesdə nə qədər güclü vasitədir və haradan başlamaq daha doğrudur?

– Sosial media sənin rəqəmsal CV-indir. İnsanlar sənin haqqındakı ilk təəssüratı orada alır. “Instagram” sənin vizual tərəfini, “LinkedIn” peşəkar tərəfini, “TikTok” isə gündəlik enerjini göstərir. Başlamaq üçün ən vacibi profilini düzəltməkdir. Adın, bio, şəkil bunlar ilk 5 saniyədə formalaşan imicindir. Sonra isə səmimi paylaş, real ol və bir istiqamət seçərək o mövzuda dəyər yarat.

-Onlayn imiclə real şəxsiyyət arasında balansı necə qorumaq olar?

-İnsanlar artıq mükəmməl görünən profillərə deyil, real və səmimi insanlara bağlanırlar. Onlayn imic bir az filtrli ola bilər, amma orada olan şəxsiyyət reallıqla üst-üstə düşməlidir. Əgər kimsə sənin Instagramda gördüyü ilə realda tanış olanda təəccüblənirsə, bu artıq balansın pozulmasıdır. Mən sosial mediada da çay içirəm, zarafat edirəm, peşəkar da oluram, çünki bu mənə aiddir.

-Şəxsi brendin uzunömürlü olması üçün hansı strategiyalar vacibdir?

-Brend trend deyil, dəyər üzərində qurulmalıdır. Sənin dəyərlərin, nəyə inandığın, necə düşündüyün bu brendi yaşadan əsaslardır. Auditoriyanı tanımaq, özünü tanıtmaq və eyni zamanda dövrə uyğunlaşmaq çox vacibdir. Yəni sən həm özün olaraq qalmalısan, həm də dəyişən dünyada yenilənməyi bacarmalısan. Brend hər ay yeni formatlar istəyir, amma eyni ruhla.

-Yeni başlayanlara şəxsi brend qurmaq üçün ilk tövsiyəniz nə olar?

-Özünü bir cümlə ilə ifadə edə bilmək çox önəmlidir. Məsələn mən deyirəm: sadəcə danışmaq deyil, fərqli danışmaq lazımdır. Bu cümlə mənim enerji kodumdur. Başlamaq üçün ideal paylaşım gözləmə, səmimi ol və paylaş. İnsanlar mükəmməl kontenti yox, real səni görmək istəyir. Səni müxtəlif formatlarda ifadə etməyi öyrən -video, bio, status, təqdimat, hekayə. Çünki brend təkcə sənin nə danışmağınla yox, necə danışmağınla yaranır.

 
  •  
Previous Post

Hərbi prokurorun müavini işdən çıxarıldı

Next Post

Neft yenə ucuzlaşdı

Bənzər yazılar

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26

Azərbaycanda cari ilin ilk 9 ayı ərzində 60819 uşağın doğumu qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən...

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası...

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

09 Oktyabr 2026 - 18:48

15 oktyabr tarixində Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə nəqliyyat...

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

09 Oktyabr 2026 - 16:08

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib. İcra Hakimiyyətindən Elchi.az-a verilən məlumata görə, şəhərin 1-ci...

Next Post

Neft yenə ucuzlaşdı

Bakının iki rayonunda bu gün qaz olmayacaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.