Qəzzada davam edən soyqırımdan sonra idman meydanında qatil İsrailə qarşı sanksiya tələbləri də yüksəlir. UEFA-nın İsraili yarışlardan kənarlaşdırmağa hazırlaşdığı bildirilir. Qərarın gələn həftə açıqlanması gözlənilir.
Elchi.az xəbər verir ki, bir tərəfdə futbolun universal dili, digər tərəfdə Qəzzada uşaqların fəryadları…
Dünyanın ən güclü idman qurumları indi tarixi qərarın astanasındadır.
BMT məruzəçiləri Fələstində törətdiyi soyqırım səbəbindən İsrailin futboldan uzaqlaşdırılmasını tələb ediblər. FİFA və UEFA-ya göndərilən çağırışda İsrailin dərhal beynəlxalq yarışlardan uzaqlaşdırılması tələb olunub.
UEFA-nın bu çağırışa cavab verdiyi bildirilir.
UEFA İsrailin futbol matçlarında iştirakının dayandırılması ilə bağlı səsverməyə hazırlaşır. Qərar qəbul olunarsa, İsrail millisi DÇ-2026-nın Avropa seçmə mərhələsində iştirakdan kənarlaşdırılacaq.
Şayəstə Hüseynova






















Bu məqalə ilə tam razıyam. UEFA-nın belə bir qərar qəbul etməsi çox vacibdir. Qəzzada baş verənlər idman aləmində də öz əksini tapmalıdır. UEFA-nın İsraili yarışlardan kənarlaşdırması doğru addım olacaq. Bu, həm də digər qurumlara nümunə olar.
Məqalə çox ədalətlidi, UEFA-nın bu mövzuda həssas davranması çox vacibdir. Öncəki şərhlə razıyam, Qəzzada olanlar idman dünyasına da təsir etməlidi. UEFA-nın İsraili yarışlardan kənarlaşdırması doğru olacaq inşallah.
Bu xəbər həqiqətən də təəccübləndirici! UEFA-nın belə bir qərar qəbul etməsi futbol aləmində böyük səs salacaq. Gələn həftəni səbirsizliklə gözləyirəm, görəsən nə olacaq!