Üç ölkənin səfirləri Rusiya XİN-ə çağırıldı

103

Danimarka, Almaniya və İsveç səfirlərini Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat verilib.

Məlumata görə, diplomatlara “Şimal axını”da baş verən partlayışların araşdırılması ətrafında yaranmış vəziyyətlə bağlı etiraz edilib.

Moskva Almaniya, Danimarka və İsveçdən boru kəmərlərində təxribatın obyektiv araşdırılmasını tələb edib.