Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri Almaniyanı Ukraynaya “Leopard” tankları göndərməyə çağırıblar.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, üç ölkənin nazirləri ingilis dilində birgə bəyanatla bağlı mesajı “Twitter” hesablarında paylaşıblar.
Litvanın xarici işlər naziri Qabrielius Landbergis, Latviya xarici işlər naziri Edqards Rinkeviçs və Estoniyanın xarici işlər naziri Urmas Reinsalu paylaşdıqları mesajda Ukraynaya dəstəklərini qeyd ediblər.
Paylaşılan mesajda deyilir:
“Almaniyanı Ukraynaya “Leopard” tankları verməyə çağırırıq. Bu, Rusiyanın təcavüzünü dayandırmaq, Ukraynaya kömək etmək və Avropada sülhü tez bir zamanda bərpa etmək üçün lazımdır. Avropanın aparıcı gücü kimi Almaniyanın xüsusi məsuliyyəti var”.
Yeganə