Hüquqşünas və Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü Sina Yusifi haqda hökm çıxarılıb.
Elchi.az xəbər verir ki, o, 6 ay həbs cəzasına məhkum edilib. Həmçinin həbsdən sonra 2 il ölkədən çıxışına qadağa qoyulub.
Vəkilin özünün yaydığı məlumata görə, onun telefon, kompüter və bir sıra şəxsi əşyaları da müsadirə olunub.
“Vəkillik borcumu yerinə yetirdiyim və xalqın hüququnu müdafiə etdiyim üçün cəzalandırıldım”, – o deyib.
Qeyd edək ki, oktyabrın 14-də tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirdikdən 1 gün sonra həbs edilib. O oktyabrın 27-də girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi
Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...





















Son şərhlər