Böyük Britaniyanın keçmiş baş naziri öz adını NLAW tank əleyhinə idarə olunan raketin üzərinə yazıb.
Elchi.az xəbər verir ki, Twitter istifadəçiləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonu Ukraynaya planlaşdırılmamış səfəri zamanı NLAW tank əleyhinə idarə olunan raketin üzərinə adını yazmasına görə qınayıblar.
Bir gün əvvəl Conson Ukraynaya uçdu. Britaniya nəşrləri səfərin təfərrüatları, xüsusən də siyasətçinin imzası olan raketlə insident barədə yazıblar.
z1 ləqəbli istifadəçi “Niyə silahın üzərinə adını yazıb? Savadlı adam üçün çox vaxt axmaqlıq edir” yazıb.
“Ayıb olsun! Bu silah öldürmək üçün istifadə olunacaq”, – Boomer1961 əlavə edib.
“Və bu səfərin məqsədi nədir… Belə görünür ki, Zelenski Consonu seçicilərindən daha tez-tez görür”, – Kolin Edvards bildirib.
Bundan əvvəl “Daily Mail” qəzetinin oxucuları Britaniyanın keçmiş baş naziri Consonu Putin haqqında söylədiyi sözlərə görə qınamışdılar. Bəzi şərhçilər Boris Consonun “ağlını itirdiyini” iddia edirlər.
Şayəstə