Elchi.az xəbər verir ki,bu barədə Twitter-in baş direktoru Elon Mask, Twitter-in gələn həftə “Verified” xidmətini istifadəyə verəcəyini açıqladı.
Yeni yoxlama sistemində hesab növündən asılı olaraq müxtəlif rəngli nişanlar olacaq.
Sosial media platforması Twitter, bir müddətdir dondurduğu mavi çek nişanlarının ayda 8 dollara satışını yenidən başlayacaq. Bundan əlavə, şirkət istifadəçilərə təsdiq edilmiş “qızıl” və “boz çek” işarələrini də təklif edəcək.
“Şirkətlər üçün qızıl, hökumətlər üçün boz, fərdlər üçün mavi nişanlar (məşhurlar və ya olmasın). Ağrılı, lakin zəruridir”, – Elon Mask tvitində bildirib.
Mask bildirib ki, bütün təsdiq edilmiş hesablar çek aktivləşdirilmədən əvvəl əl ilə yoxlanılacaq.
Mask başqa bir tvitində “Şəxslər təşkilata aid olduqlarını göstərmək üçün ikinci dərəcəli kiçik loqoya sahib ola bilərlər” deyən Mask, gələn həftə daha uzun bir açıqlama verəcəyini söylədi.
Şirkət saxta hesabların çoxalması səbəbindən bu yaxınlarda elan etdiyi 8 dollarlıq mavi çek abunə xidmətini dayandırdı və axtarılan mavi çek abunə xidmətinin noyabrın 29-da yenidən işə salınacağını söylədi.
Mavi işarəsi əvvəllər siyasətçilərin, məşhurların, jurnalistlərin və digər ictimai xadimlərin təsdiqlənmiş hesabları üçün nəzərdə tutulmuşdu.
Şayəstə