İlon Maskın sosial media qrupunun yenidən qurulması yalnız ABŞ və Afrika ilə məhdudlaşmırdı. İki həftə əvvəl Brüsseldəki bütün Twitter ofisi bağlandıqdan sonra Almaniya mətbuat departamentinin bütün əməkdaşları işlərini itirdilər.
İlon Mask sosial media qrupunu ələ keçirdikdən sonra Twitter Inc-in Almaniyadakı kommunikasiya departamenti bağlanıb.
Elchi.az xəbər verir ki, bu barədə mətbuat ofisinin departament rəhbəri ixtisarlarla bağlı Hamburq əmək məhkəməsinə şikayət edərək, komandanın ləğvinin Twitter-in Almaniyadakı fəaliyyətinə təsir edəcəyini bildirib.
Musk hakimiyyətə gələndən bəri Avropa rəsmiləri Twitter-i, xüsusən də hüquqi standartlarla bağlı çox diqqətlə izləyirlər.
Razılaşmanın bağlanmasından bir neçə saat sonra Aİ komissarı Thierry Breton Elon Musk-a xəbərdarlıq etdi ki, o, Avropa İttifaqının (AB) qaydalarına əməl etməlidir.
Kansler Olaf Scholz-un sözçüsü Berlində keçirdiyi mətbuat konfransında federal hökumətin Twitter-də baş verənləri “olduqca problemli” hesab etdiyini və hələ də platformadakı vəziyyəti nəzərdən keçirmə prosesində olduqlarını söylədi.
Onlayn nifrət nitqi və saxta xəbərlərə qarşı Almaniya qaydaları Aİ-də ən sərt qaydalar arasındadır.
NetzDG platforma operatorlarından bu cür yazıları silməyi tələb edir və 50 milyon avroya qədər cərimələrlə hədələyir.
Şayəstə