"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Türkiyə və Azərbaycan ordusunun birgə hərbi təlimlərinin pərdəarxası

10 Mart 2015 - 10:40
in XƏBƏR LENTİ
FacebookVatsap

Türkiyə və Azərbaycan ordusunun birgə hərbi təlimlərinin pərdəarxası

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

Elxan Şahinoğlu: “Türkiyə ordusunun dağ döyüşlərindəki savaş təcrübəsi Dağlıq Qarabağda bizə lazım olacaq”; Üzeyir Cəfərov: “Gələcəkdə Qarabağdakı PKK-çı, o cümlədən separatçı qüvvələrə qarşı bu təlimlərdən praktiki cəhətdən istifadə edilməsi mümkündür”

Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyədəki aviabazaya gəlib. Eyni zamanda “İŞIK-2015″ beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazada qərarlaşıb.

 
Aprelin 13-dək davam edəcək təlimlər müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqlarının yerinə yetirilməsi məqsədilə keçirilir. Qeyd edək ki, hərbi təlimlərdən az sonra Türkiyə tarixinin şərəfli günlərindən biri olan Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı tədbirlər yüksək səviyyədə keçiriləcək və bayram mərasimlərinə Azərbaycan prezidenti də dəvət olunub. 
Bu mənada iki qardaş ölkənin son yarım ildə sayca ikinci nəhəng hərbi təlimlər keçirməsi şübhəsiz ki, qondarma ”soyqırım”ın 100 illiyini keçirmək istəyən düşmənə ciddi mesajdır. Ötən ilin payızında bir ay davam edən birgə hərbi təlimlərdə on minlərlə hərbçi, o cümlədən çoxlu sayda hərbi texnika iştirak etmişdi. Bugünlərdə Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürkün ölkəmizə rəsmi səfər etməsi də iki paytaxtın yüksək səviyyəli hərbi əməkdaşlığının növbəti mərhələyə keçməsindən xəbər verir.
Qeyd edək ki, ötən ilin yazında Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın qurduğu və adına “Turan Ordusu” deyilən ortaq hərbi missiyanın mövcud olduğu barədə yazmışdıq. Bildirilirdi ki, Ankara Suriyadan kürdlərin və ermənilərin kütləvi olaraq, həm də ailələr və tayfa halında, Dağlıq Qarabağa köçürülməsindən, eyni zamanda Türkiyə, İraq və Suriyadan PKK silahlılarının bu bölgəyə sızmasından ciddi narahatdır.
Dağlıq Qarabağa köç edən kürd və erməni terrorçularının həm də Türkiyəyə təhlükə yaratması səbəbindən gələcəkdə işğal olunmuş Azərbaycan ərazilərində antiterror əməliyyatlarının keçirilə biləcəyi də gələn məlumatlar arasında idi. Ekspertlər şübhə etmirlər ki, NATO ölkəsi olan Türkiyənin Azərbaycanla ortaq təlimlər keçirməsi həm də alyansın razılığı əsasında həyata keçirilib və bu da Azərbaycan ərazilərinin azad olunması ilə bağlı ümidləri artıran amillərdəndir.   
Politoloq Elxan Şahinoğlu deyir ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra Türkiyə ilə hərbi əməkdaşlıq üst səviyyəyə qalxıb: “Keçmiş müdafiə naziri Səfər Əbiyev Türkiyəyə ara-sıra səfərlər etsə də, qardaş ölkə ilə hərtərəfli əməkdaşlıq qurmağa tələsmirdi. Əksinə, Türkiyə generaliteti Əbiyevin bir sıra addımlarından açıq-aşkar narahat idi. Məsələn, Səfər Əbiyev Türkiyə Hərbi Akademiyasını bitirən azərbaycanlı məzunlara nazirlik sistemində müvafiq iş vermirdi, onları ən ucqar yerlərə göndərirdi. Halbuki onların hərbi biliklərindən müdafiə sistemini NATO standartlarına keçirmək üçün istifadə etmək olardı. Və ya Səfər Əbiyev türkiyəli hərbi mütəxəssisləri Azərbaycanın hərbi tədris müəssisələrindən uzaqlaşdırmışdı. Zakir Həsənov fərqli siyasət yürüdür. O, Azərbaycan ordusunu bütün mənalarda NATO standartlarına yaxınlaşdırmaqla, qardaş Türkiyə ilə birgə hərbi təlimlər keçirməklə doğru yol seçib. Aydındır ki, Azərbaycan hərbi yolla torpaqlarını azad etməyə girişsə, kimsə bizim əvəzimizə işğalçılarla savaşmayacaq. Ancaq ordunun NATO standartlarına keçidi və Türkiyə ilə birgə hərbi təlimlər həm müdafiə imkanlarımızın artması, həm də zəruri təcrübənin artması deməkdir”. 
 
E.Şahinoğlu bu hərbi ittifaqın Qarabağda antiterror əməliyyatı keçirilməsi ilə bağlı hansı faydalar verəcəyinə də münasibət bildirdi: “Türkiyə ordusu illərdir PKK ilə mübarizə aparmaqla böyük təcrübə qazıb. Türkiyə ordusunun dağ döyüşlərindəki savaş təcrübəsi Dağlıq Qarabağda bizə lazım olacaq. Hərbi təyyarələrimizin Türkiyədə təcrübə keçməsinin də bizim üçün vacibdir. Ümumiyyətlə, Azərbaycan ordusuna müasir döyüş texnikası ilə yanaşı həmin döyüş texnikasından yüksək səviyyədə istifadə imkanlarını da yüksəltməsinə ehtiyacı var. Bu mənada Türkiyə ilə artan birgə hərbi təlimlərin dəyəri yüksəkdir. Azərbaycan ordusu bəlli səbəblərdən nə Rusiya, nə ABŞ, nə də ki Avropa ölkələrindən biri ilə hərbi təlimlər keçirmək imkanına malikdir. Onlarla olan hərbi təlimlər simvolik xarakter daşıyır, sadəcə, qapalı otaqlarda xəritələr üzərində keçirilən təlimlərdir. Türkiyə ilə keçirilən birgə hərbi təlimlərdə isə ordunun bütün imkanlarından istifadə olunur. Necə ki, Rusiya ildə bir neçə dəfə Ermənistan ordusu ilə hərbi təlimlər keçirir, Ermənistan ordusunu faktiki Azərbaycana qarşı gücləndirir, eləcə də Azərbaycanın Türkiyənin hərbi imkanlarından geniş şəkildə istifadə etməyə ehtiyacı var”.
Hərbi ekspert Üzeyir Cəfərov da “Yeni Müsavat”a açıqlamasında Bakı ilə Ankaranın hərbi əməkdaşlığını yüksək qiymətləndirdi: “Bir vaxtlar arzusunda olduğumuz Türkiyə-Azərbaycan birgə hərbi təlimləri artıq istəkdən reallığa addımlamış bir tarixi hadisədir. Ötən il ilk dəfə olaraq Azərbaycanda reallaşan belə bir möhtəşəm və son dərəcə vacib hərbi təlim, bu dəfə qardaş Türkiyə dövlətinin ərazisində keçirilir. İlk baxışdan ola bilsin ki, bu kənardan o qədər də diqqəti çəkmir. Amma bunun siyasi və hərbi mənasını, məntiqini incələyənlər, bu sahə üzrə uzmanlar gözəl anlayırlar ki, söhbət hansı dəyərlərdən və dünya miqyaslı proseslərdən gedir. Heç kimə sirr deyil ki, türk dünyasının güclənməsini istəməyən yetərincə qüvvələr mövcuddur ki, onlar hər an bizə və bizim Türkiyə kimi strateji müttəfiqimizə zərbə vurmağa hazırdırlar. Ona görə də şəxsən mənim üçün bu təlimlər sıradan adi bir tədbir deyil”.
Ü.Cəfərov bu təlimlərin çox uzaq perspektivlərə hesablanmış bir tədbir saydığını bildirdi:
“İnşallah, biz bunun praktiki nəticələrini bir neçə il sonra hiss edəcəyik. Özü də söhbət dünya ordularında çox böyük önəm və yük daşıyan bir qoşun birləşməsindən gedir. Bu hərbi hava qüvvələri və onların yardımçı hissələridir. Şəxsi qənaətimə görə, yaxın dönəmlərdə bu təlimlərin Qarabağ məsələsində də öz təsirini göstərəcəyini istisna etmək olmaz. Bu hansı formada olacaq dəqiq deyə bilməsəm də, hər halda, antiterror əməliyyatı keçirildiyi zaman bu təlimin elementlərindən faydalanacağımız şübhəsizdir”. Hərbi ekspert istisna etmir ki, gələcəkdə Qarabağdakı PKK-çı, o cümlədən separatçı qüvvələrə qarşı bu təlimlərdən praktiki cəhətdən istifadə edilməsi mümkündür: “İki qardaş və dost ölkənin hərbi təlimləri bu nöqtəyi-nəzərdən çox böyük önəm daşıyır və bizim HHQ-in döyüş təcrübəsi toplamaq baxımından çox böyük faydası var. O ki qaldı  Gümrüdəki bazada da hərbi təlimlərin keçirilməsi məsələsinə, mənə elə gəlir ki, bu təlimlər Türkiyə ərazisində keçirilən təlimlərin fonunda çox kiçik və mən deyərdim ki, diqqətdən çox kənar qalır. Prinsip etibarı ilə onları da başa düşmək lazımdır ki, erməni tərəfi daxildəki gərginliyi bir qədər səngitmək üçün öz havadarlarından hər zaman olduğu kimi kömək umur. Amma bu, o qədər də güclü effekt verməyəcək. Artıq cinayətkar Serj Sərkisyan hakimiyyəti son dərəcə çətin dönəmlərini yaşamağa başlayıb”.
***
“Avropanın təhlükəsizliyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır”. Bunu “Trend”ə Polşanın Azərbaycandakı səfiri Marek Tsalka deyib. Onun sözlərinə görə, Polşa Dağlıq Qarabağ münaqişəsinin mövcudluğundan narahatdır: “Rusiya-Ukrayna, eləcə də Şərq-Qərb münasibətlərindəki hadisələri nəzərə alaraq başa düşürük ki, bununla əlaqədar Dağlıq Qarabağ münaqişəsi presedentdir”.
M.Tsalka qeyd edib ki, məhz Dağlıq Qarabağda əsrin son rübündə bir ölkənin beynəlxalq səviyyədə qəbul olunmuş sərhədləri pozulub: “Məhz orada bu günə qədər nizamlanmayan münaqişə alovlanıb, əslində Avropaya aid ərazidə artıq 25 ildir davam edən işğal baş verib. Bu məsələ təbii ki, Avropa siyasətinin ən yaralı yerlərindən biridir. Ən azından, Polşa tərəfinin rəsmi mövqeyi belədir”.
Səfirin sözlərinə görə, tarixən Avropada öz aralarında vuruşan xalqların köçü, ölkə sərhədlərinin dəyişməsi baş verib: “Lakin sonralar Avropa ölkələri arasında dəyişməz sərhədlər qurulub. Balkan yarımadasında, postsovet məkanında münaqişələr və indiyə qədər həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi sonralar başlayıb. Əgər mənfi presedent yaranırsa, bütün tərəfləri qane edən qərar qəbul edilmirsə, deməli, savaşmaq və sərhədləri dəyişmək olar. Bütün bunlar XVIII və XIX əsrləri, ötən əsrin 30-40-cı illərinin totalitar rejiminin təcrübəsini xatırladır”. Diplomat əlavə edib ki, Azərbaycan regionun qabaqcıl ölkəsidir: “Biz Azərbaycanla strateji əlaqələr qurmalıyıq. Polşa həmişə Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunmasına yardım edəcək. Polşa Avropa İttifaqı və ATƏT-in üzvü kimi imkanları daxilində siyasi və diplomatik metodlardan istifadə etməklə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə yardım edəcək”. Onun sözlərinə əsasən, Polşa ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir və arzu edir ki, bu fəaliyyət daha səmərəli olsun. M.Tsalka bildirib ki, Avropaya enerji resurslarının tədarükçüsü kimi Azərbaycan Avropa İttifaqı tərəfindən strateji tərəfdaş qismində nəzərdən keçirilməlidir: “Əslində tərəflər artıq əməkdaşlıq edirlər, lakin əməkdaşlığın bu səviyyəsi artırılmalıdır”.
Azərbaycan Aİ ilə tərəfdaşlığı getdikcə dərinləşdiyinə görə səfir ümid edir ki, bu, Azərbaycan və Avropa İttifaqı arasında bağlanmış müqavilələrə təsir edəcək: “Bu da öz növbəsində, Aİ üçün təhlükəsizlik məsələsidir. Polşa isə bunu dəstəkləməyə hazırdır”. Diplomatın sözlərinə görə, Azərbaycan Xəzər regionunun əsas ölkəsidir, enerji resursları ilə zəngindir və olduqca maraqlı geosiyasi mövqeyə malikdir.
Bu arada Ermənistanda durum getdikcə dözülməz hala çatıb. İrəvanda qiymətlər durmadan artır. Ermənistan KİV-ləri bildirir ki, ərzaq məhsulları respublikada orta hesabla 7% bahalaşıb. Bu, Rusiyadan transfertlərin azalması fonunda baş verir. Rusiyada işləyən erməni əmək miqrantlarının ailələrinə göndərdikləri pulların miqdarı yetərincə azalıb. Artıq hesablanıb ki, Rusiya Federasiyasından bu Cənubi Qafqaz respublikasına göndərilən pul axını 172,4 mln. dollar azalıb. (ANS) Nəticədə, transfertlərdən asılı olan ailələrin ödəniş qabiliyyəti kəskin azalıb, ərzaq məhsulları və vacib xalq istehlak malları yenidən bahalaşıb.
Rusiyaya sıx iqtisadi bağlarla əlaqəli olan Ermənistan üçün şimal ölkəsində baş verənlərin çox böyük önəmi var. Rusiyada isə işlər, yumşaq deyilsə, elə də yaxşı getmir. İllik inflyasiya burada artıq rekord səviyyəyə qalxaraq artıq 17% təşkil edib və artmaqda davam edir.
Fizikanın birləşmiş qablar qanununda olduğu kimi, Rusiyada vəziyyət pisdirsə – Ermənistanda daha pisdir. Buna görə də Karneqi Fondunun ekspertlərinin bu Cənubi Qafqaz respublikasında etiraz aksiyalarının sayının dəfələrlə artması barədə verdiyi proqnoz, böyük ehtimalla, gerçəkləşəcək.

 

Previous Post

Türkiyə və Azərbaycan ordusunun birgə hərbi təlimlərinin pərdəarxası

Next Post

Mariupol yaxınlığında 4 hərbçi yaralanıb

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

Mariupol yaxınlığında 4 hərbçi yaralanıb

Mariupol yaxınlığında 4 hərbçi yaralanıb

Son xəbərlər

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Oktyabr 2026 - 11:10
FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

17 Oktyabr 2026 - 10:56
Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

17 Oktyabr 2026 - 10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr 2026 - 10:42
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30
XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub

17 Oktyabr 2026 - 10:14
Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

17 Oktyabr 2026 - 10:00
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27
Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.