"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Türkiyə çətin sınaq qarşısındadır”- Eldar Sabiroğlu

08 İyun 2015 - 17:52
in MÖVQE
FacebookVatsap
rrrrrrr“Türkiyədəki böhranı aradan qaldırmaq üçün ilk təşəbbüs AKP-dən gəlməlidir”
Elchi.az xəbər verir ki, keçmiş millət vəkili Eldar Sabiroğlu Moderator.az-a açıqlamasında Türkiyədə keçirilən 7 iyun seçkilərinin nəticələrini şərh edib:
“Türkiyə çətin sınaq qarşısındadır. Hökumət böhranına yol açan 7 iyun seçkiləri ölkənin siyasi tarixinə çox ağır damğa vurub. Demək olar ki, iqtidar partiyası yarandığı gündən ən ağır zərbə alaraq ilk dəfə qatıldığı seçkilərdən faktiki olaraq məğlub çıxdı. Təkbaşına hökumət olmaq iddiasıyla meydanlara atılan AKP istəyinə nail ola bilmədi. Günahkarı isə kənarda axtarmağın yeri yoxdur. Günahkar Ərdoğanın özüdür.
O vəziyyətin bu cür kəskin dəyişəcəyini nəinki gözləyir, ümumiyyətlə, məğlubiyyəti yaxına buraxmaq istəmirdi. Böhranın daha dərinlərə işləməsi ehtimalını isə unutmaq olmazdı. Uçurumsa birdən-birə yaranmadı. Bu gün ən böyük məsuliyyət həm də AKP-nin məğlubiyyətini və təkbaşına iqtidar ola bilməyəcəyinin sevincini toy-bayram edən müxalifət partiyalarının üzərinə düşür. Onlar dünyanın dörd gözlə prosesləri izlədiyi məqamda siyasi ambisiyalarını kənara qoyub bu seçkilərdə özlərinin də dəqiqəbaşı iddia etdikləri kimi Türkiyənin qazanması üçün hərəkətə keçərək ən qısa zamanda koalisyon hökumətin qurulmasına çalışmalıdırlar. Əks təqdirdə təkrar seçkilərə getmək məcburiyyəti Türkiyəni daha arzuolunmaz böhranlara sürükləyə bilər. Əlbəttə, ölkədəki böhranı aradan qaldırmaq üçün ilk təşəbbüs AKP-dən gəlməlidir. Çünki yaranmış situasiyanın baş aktoru olan hakim partiya xalqın seçiminə hörmətlə yanaşaraq güzəştə getməyi bacarmalıdır.
Çoxları AKP-nin məğlubiyyətinin səbəblərini axtarır. Amma bu cür sonluq gözlənilən idi və son illər Ərdoğanın ölkədə təkhakimiyyətlilik yaratması meylləri, avtoritarizmə yuvarlanması təkcə sərhədlərin o tayında deyil, daxildə də xəyal qırıqlığına yol açmışdı. Hətta illər uzunu AKP-yə simpatiya bəsləyən çoxsaylı seçicilər də Ərdoğanın son davranışlarından pərt duruma düşərək seçimlərində yanıldıqlarına əmin olmuşdular. Ərdoğanın ölkəni həbs dalğasına məruz qoyması, orduya qarşı qəddar davranışları, yolsuzluğa imza atmış komanda üzvlərinin müdafiəsinə qalxması onun siyasi reputasiyasını xeyli zəiflətmişdi və nəticədə 7 iyun seçkiləri Ərdoğanın məğlubiyyətiylə nəticələndi.
Təbii ki, AKP bu seçkilərin də favoriti oldu və hamıdan çox səs topladı. Amma bu səslər demək olar ki, Ərdoğana həmişəki kimi yenə də ötkəm bəyanatlar verməsi üçün bəs eləmədi. Təsəvvür edin ki, AKP 70 deputat yerindən məhrum oldu və bu toplam 5 milyondan artıq səsin itirilməsi anlamına gəlir. Amma heç də dünyanın sonu deyil və Ərdoğan-Davudoğlu cütlüyü etdikləri səhvləri götür-qoy edərək Türkiyənin gələcəyi naminə güzəştlərə getsələr, vəziyyət heç də böhran həddinədək ağırlaşmaz.”

 

Bunu da oxuyun

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

İsraildə müxalifət Netanyahunu qabaqlayır

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Previous Post

“Türkiyə çətin sınaq qarşısındadır”- Eldar Sabiroğlu

Next Post

Putin Ərdoğana telefonda nə deyib?

Bənzər yazılar

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda krallığa dəstəyini ifadə edib və husilərin...

Milli Məclisin iclası başlayıb

İsraildə müxalifət Netanyahunu qabaqlayır

13 Oktyabr 2026 - 11:15

İsraildə oktyabrın 27-nə təyin edilmiş ümumi seçkilər ərəfəsində açıqlanan son rəy sorğusuna əsasən, müxalifət bloku 120 yerlik parlamentdə 67 yer...

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

12 Oktyabr 2026 - 19:11

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski atəşkəs çağırışları ilə yenidən silahlanmaq üçün vaxt qazanmağa...

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

08 Oktyabr 2026 - 10:47

Kreml Fransanın nüvə başlığı daşıya bilən ballistik raket sınağını Rusiya ilə qarşıdurmaya əsaslanan və dalana dirənən bir strategiya kimi qiymətləndirib....

Next Post

Putin Ərdoğana telefonda nə deyib?

Putin Ərdoğana telefonda nə deyib?

Son xəbərlər

DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

15 Oktyabr 2026 - 16:36
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

15 Oktyabr 2026 - 16:22
AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

15 Oktyabr 2026 - 16:20
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

15 Oktyabr 2026 - 16:17
AQEM-in Baş katibi dəyişib

AQEM-in Baş katibi dəyişib

15 Oktyabr 2026 - 16:17
AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

15 Oktyabr 2026 - 16:09
Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

15 Oktyabr 2026 - 16:04
Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

15 Oktyabr 2026 - 16:00
Pezeşkian sabah Ermənistana səfər edəcək

Pezeşkian sabah Ermənistana səfər edəcək

15 Oktyabr 2026 - 15:53
Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

15 Oktyabr 2026 - 15:44
Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

15 Oktyabr 2026 - 15:16
Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00
İqor Sergeyenko: Azərbaycan AQEM-ə səmərəli sədrlik edir

İqor Sergeyenko: Azərbaycan AQEM-ə səmərəli sədrlik edir

15 Oktyabr 2026 - 14:43
Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

15 Oktyabr 2026 - 14:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.