"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

Türkiyənin yeni baş naziri Əhməd Davudoğlunun tərcümeyi-halı – yenilənib

21 Avqust 2014 - 21:40
in FLƏŞ
FacebookVatsap

Qardaş ölkənin olası 26-cı baş nazirinin Azərbaycan siyasətçiləri ilə də yaxın münasibətləri varimg1609123

Bunu da oxuyun

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Avqustun 21-də Türkiyədə hakim AKP-nin mərkəzi qərargahında partiyanın Mərkəzi İdarə Heyətinin toplantısı keçirilib. Toplantıdan öncə jurnalistlərə açıqlama verən AKP sədrinin müavini Numan Kurtulmuş bildirib ki, toplantıda böyük ehtimalla yeni baş nazirin adı bəlli olacaq.

Qeyd edək ki, Türkiyənin yeni baş naziri və həm də hakim AKP-nin sədri avqustun 27-də keçiriləcək qurultayında seçiləcək. Baş nazirliyə və partiya sədrliyinə əsas namizədinin kimliyinə isə bu gün keçirilən İdarə Heyəti toplantısında müəyyən olunub. Bu baxımdan müşahidəçilərə görə, AKP İdarə Heyətinin bu günkü toplantısında elan olunacaq baş nazirliyə namizəd Türkiyənin 62-ci baş naziri hesab ediləcək. Mətbuatın iddialarına görə, sürpriz baş verməsə, yeni baş nazir hazırkı xarici işlər naziri Əhməd Davudoğlu olacaq. Buna baxmayaraq, digər ad da əsas namizədlər sırasında çıkilirdi –  nazir Binali Yıldırım.
Lakin ciddi sürpriz olmadı, gözlənildiyi kimi  oldu və AKP Mərkəzi İdarə Heyəti xarici işlər naziri Əhməd Davudoğlunun baş nazir və partiya sədri seçilməsi ilə bağlı qərar qəbul edib. Bu qərarı yeni prezident, AKP lideri R.T.Ərdoğan uzun-uzadı çıxışının ardından, mətbuat konfransında elan etdi. Bu qərarı bütün Türkiyə gün boyunca ayaqda gözləmişdi. Media isə, AKP-nin açıqlayacağı bu adı günlər öncəsindən bilirdi. Ərdoğan və Davudoğlu AKP-nin Ankaradakı qərargahındakı zala birlikdə giriblər –  media və AKP-lilər gözləyirdi;  vəd edilən zamandan 36 dəqiqə keçirdi. Ərdoğan kürsüyə çıxıb və təmtaraqla, musiqilərin fonunda Türkiyənin yeni baş nazirini  –  xələfini elan edib: Əhməd Davudoğlu (Ahmet Davutoğlu).  Ancaq bundan öncə izahedici çıxışı oldu. “Güclü başbakan – güclü cümhurbaşqanı” formulunu da bu çıxışında ortaya atıb.”Mərkəz Yürütmə Kurulu” adlanan partiya rəhbərliyinin başqa qərarları da olub. 
Ərdoğan Ə. Davudoğlunu təqdim edəndə deyib ki, partiyanın rəhbərliyinin bu ismin üzərində durmasının  bir səbəbi də “paralel yapı” (Gülənçiləri biçilən ad) ilə ardıcıl və sarsılmaz mücadilə əzmi olmuşdur. “Əhməd Davudoğlu qardaşım da onların verdiyi acını yaşayıb. XİN-də apardığı gizli toplantının deşifrə edilməsi…” kimi ifadələrlə açıq şəkildə bildirib ki, Türkiyənin yeni dizayn olunan iqtidarı F. Gülən camaatı və tərəfdarları ilə kəskin savaşacaq. 
Təqdimat mərasimində Ə. Davudoğlu da çıxış edib. O, özünü bu vəzifəyə layiq görən hər kəsə təşəkkür edib. Davudoğlunun çıxışı daha çox Ərdoğanı tərif üzərində qurulub. Çıxış alqışlarla qarşılanıb. O, deyib ki, əgər namizədliyim qurultayda da təsdiqlənsə, 12 ildir davam edən böyük restovrasiya prosesi  –  müqəddəs yürüş kəsintisiz sürəc olaraq davam edəcək.
Türkiyənin 62-ci hökumətinin başçısı olacaq Əhməd Davudoğlu akademik dairələrin adamı hesab olunur. Siyasətə və dövlət vəzifəsinə universitetdən gəlib. Bir müddət Ərdoğanın xarici siyasət məsələləri üzrə müşaviri olub. “Qonşularla sıfır problem” nəzəriyyəsini irəli sürüb, Yaxın Şərqdə siyasi münasibətlərdən bəhs edən nəzəriyyənin müəllifidir. Davudoğlu islamçı siyasi kursun, Yaxın Şərqdə keçmiş Osmanlı imperiyası ərazisindəki dövlətlərin yeni əməkdaşlıq formasında birliyinin tərəfdarıdır. Eyni zamanda “Yeni Osmanlıçılıq siyasəti” terminologiyası da onun adı ilə bağlanır.
Müşahidəçilərə görə, Ərdoğanın Davudoğlunun üzərində dayanması, bu şəxsin islamçı siyasi kursun tərəfdarı olması, xarici və daxili siyasət məsələsində Ərdoğanla həmfikir olması, ən əsası Ərdoğana sadiq, siyasətdə ayrıca bir qrupa və ya fraksiyaya bağlı olmaması, bu səbəbdən də partiyada parçalanmaya səbəb olmayacağı ilə bağlı təxminlərdir.
Beləliklə, Türkiyənin yeni baş naziri və AKP-nin yeni rəhbəri Əhməd Davudoğlu oldu. 
Əhməd Davudoğlu 26 fevral 1959-cu ildə Türkiyənin Konya vilayətinin Taşkənt şəhərində doğulub. Atasının adı Mehmet Duran, anasının adı isə Məmnunədir. Atası tekstil sənayesində və ticarət sahəsində çalışıb. İlk təhsilini Konyada almağa başlayıb, ancaq sonradan İstanbula köçdükləri üçün orta təhsilini İstanbul oğlan liseyində tamamlayıb. İstanbul Boğaziçi Universitetinin iqtisadiyyat və siyasət fakültəsini bitirib. 1984-cü ildə  – universiteti bitirdikdən sonra yenə eyni universitetdə ictimai idarəçilik sahəsində magistr, siyasət və beynəlxalq münasibətlər sahəsində  doktorluq təhsili alıb. 1990-cı ildə Malayziya Beynəlxalq İslam Universitetində müəllim kimi çalışıb. Daha sonra həmin universitetin siyasət fakültəsinə rəhbərlik edib. 1995-ci ildə Malayziyadan Türkiyəyə qayıdıb. 1995-99-cu illərdə Mərmərə Universitetində beynəlxalq əlaqələr fakültəsində çalışıb. 1998-2002-ci illərdə Hərbi Akademiyada qonaq müəllim kimi dərs deyib. 1998-2002-ci ildə isə Beykent Universitetində Beynəlxalq Münasibətlər Fakültəsinə rəhbərlik edib, eyni zamanda Mərmərə Universitetində qonaq professor kimi dərs deyib.
2002-ci ildə AKP seçkilərdə qalib gəldikdən sonra keçici müddətə baş nazir olan Abdullah Gülün baş müşaviri olub. Daha sonra Ərdoğan baş nazir olduqdan sonra da bu vəzifəsində davam edib. Həmin vaxt siyasi kluarlarda “kölgədəki xarici işlər naziri” də adlandırılan Davudoğlu Avropa Birliyi, Kipr müzakirələri, İraq müharibəsi ilə bağlı diplomatik danışıqlarda fəal iştirak edirdi.
2003-cü il yanvarın 18-də o zamankı prezident Əhməd Necdət Sezər və baş nazir Abdullah Gülün imzaladığı qərarla səfir diplomatik rütbəsi alıb. 2009-cu il mayın 11-də isə baş nazirin parlamentdən kənar qərarı ilə xarici işlər naziri təyin olunub. 2011-ci il iyun seçkilərində AKP-dən Konya millət vəkili seçilib. Türkiyənin 60 və 61-ci hökumətlərində xarici işlər naziri postunu tutub.
Əhməd Davudoğlu ingilis, ərəb, alman dillərini bilir. Çoxlu sayda məqalələrin, o cümlədən bir sıra kitabların müəllifidir. Ən məşhur əsəri “Strateji dərinlik: Türkiyənin beynəlxalq yeri” adı kitabıdır. Bundan başqa “Osmanlı Mədəniyyəti: Siyasət, iqtisad, sənət” və sair bir çox əsərlərin müəllifidir. Türkiyədə məşhur SETA (Siyasət, İqtisadiyyat və Toplum (Cəmiyyət) Araşdırmaları) Araşdırma Mərkəzi, Bilim və Sənət Vəqfi, İstanbul Şəhər Universiteti Əhməd Davudoğlunun təsis etdiyi və ya nəzarətində fəaliyyət göstərən qurumlardır.
1984-cü ildə Sara Davudoğlu ilə ailə qurub. Səfurə, Məmnunə, Mehmet və Həcər Bikə adlarında 4 övladı var. Həyat yoldaşı həkimdir.
Ə. Davudoğlu Azərbaycanın bir sıra siyasətçiləri, o cümlədən də müxalifət liderlərinin bəziləri ilə şəxsən tanışdır.
Previous Post

Türkiyənin yeni baş naziri Əhməd Davudoğlunun tərcümeyi-halı – yenilənib

Next Post

Poroşenko səfərbərliyin üçüncü mərhələsində orduya peşəkar zabitlərin çağırıldığını elan edib

Bənzər yazılar

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

02 May 2024 - 14:56

Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Next Post

Poroşenko səfərbərliyin üçüncü mərhələsində orduya peşəkar zabitlərin çağırıldığını elan edib

Poroşenko səfərbərliyin üçüncü mərhələsində orduya peşəkar zabitlərin çağırıldığını elan edib

Son xəbərlər

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident bir qrup neft sənayesi işçisini təltif edib – SƏRƏNCAM

19 Sentyabr 2026 - 15:19
Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

19 Sentyabr 2026 - 13:58
Rusiya bu gecə Ukrayna PUA-larının hücum etdiyi bölgələri açıqladı

Rusiya bu gecə Ukrayna PUA-larının hücum etdiyi bölgələri açıqladı

19 Sentyabr 2026 - 13:34
Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

Ombudsman: Ruben Vardanyanın saxlanma şəraiti davamlı monitorinq edilib, Araik Harutyunyanın notariat xidməti üzrə müraciəti icra olunub

19 Sentyabr 2026 - 13:15
ABŞ müttəfiqlərinə raket çatdırılmasını beş ilə qədər gecikdirə bilər

ABŞ müttəfiqlərinə raket çatdırılmasını beş ilə qədər gecikdirə bilər

19 Sentyabr 2026 - 12:55
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

19 Sentyabr 2026 - 12:33
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

19 Sentyabr 2026 - 12:04
İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

İsrailə casusluqda ittiham olunan iranlı edam edildi

19 Sentyabr 2026 - 11:46
FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

19 Sentyabr 2026 - 11:23
Ermənistan Hindistandan dron alır

Ermənistan Hindistandan dron alır

19 Sentyabr 2026 - 11:00
DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi – Video

19 Sentyabr 2026 - 10:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.