Suriya tərəfindən atılan top mərmilərindən biri Türkiyə tərəfindəki evlərdən birinə dəyib.
Axar.az xəbər verir ki, Mürşitpınar kəndinə atılan top mərmilərindən sonra bölgənin boşaldılması üçün anons verilib. Bölgəyə giriş-çıxış qadağan edilir, sərhəd xəttinə tanklar gətirilir.
Son günlər Türkiyə ərazisinin atəşə tutulması nəticəsində 4 nəfər yaralanıb. Şanlıurfa bölgə rəhbərliyi insanların təhlükəsizliyinin təmini üçün bu addımı atıb.