Türkiyənin Rəqabət Şurası Şuranın icazəsi olmadan “Twitter”-i satın alan İlon Maskın cərimələnməsinə qərar verib.
Elchi.az xəbər verir ki, bu barədə idarənin yaydığı məlumatda deyilir.
Bununla belə, hesabatda bildirilib ki, sövdələşmə effektiv rəqabətin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnmədiyi üçün icazə verilib, lakin İlon Mask “Twitter”-in 2022-ci ildə Türkiyədəki gəlirlərinin 0,1 faizi məbləğində cərimə edilir.
Sənəddə o da qeyd olunur ki, bu qərardan 60 gün ərzində Ankarada məhkəməyə şikayət verilə bilər.
Xatırladaq ki, 27 oktyabr 2022-ci ildə Mask “Twitter”-i almaq üçün 44 milyard dollarlıq müqavilə imzalayıb. Satın alındıqdan dərhal sonra o, CEO Paraga Agrawala və CFO Neda Siqalı işdən çıxarıb.
Yeganə