Türkiyə dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Bakıda tutulub.
“Report” xəbər verir ki, 37 yaşlı Türkiyə vətəndaşl Dinçer Mazlum Küveyt-Bakı reysi ilə Azərbaycana gələn zaman hava limanında saxlanılıb.
Həmin şəxs Türkiyədə şantaj və digər ağır cinayət işlərinə görə axtarışda olub.