Türkiyə Xarici İşlər Nazirliyi çoxsaylı dron hücumları fonunda Qara dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə çağırıb.
Elchi.az xəbər verir ki bu barədə “Reuters” agentliyi məlumat verib.
Məlumatda qeyd olunur ki, Türkiyə Xarici İşlər Nazirliyi Ankaranın bütün xəbərdarlıqlarına baxmayaraq, Qara dənizdə mülki gəmilərə edilən hücumlardan ciddi narahatlıq keçirdiyini bildirib.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı, Novorossiysk limanı yaxınlığında türk şirkətinə məxsus bir gəminin pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalması hadisəsindən sonra verilib. Hücum nəticəsində heyətin üç üzvü ağır xəsarət alıb.
Daha əvvəl məlumat verilmişdi ki, Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Türkiyənin Samsun limanından Novorossiyskə meyvə və tərəvəz daşıyan “Nadejda” gəmisinə hücum edib. Hadisə avqustun 3-də, təxminən saat 16:30-da, Rusiya limanından təxminən 30 mil məsafədə baş verib.
Yeganə





















