"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Türkiyədəki rus səfir: Onlar Rusiyanı sevmir…

10 Fevral 2021 - 14:32
in DÜNYA
FacebookVatsap

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Komsomolskaya pravda”nın müxbirinə müsahibə verib. 1983-cü ildən bəri diplomatik xidmətdə olan Yerxov Mərakeş (1983 – 1987), Misir (1990 – 1994), İsrail (1996 – 2000) səfirliklərində çalışıb. 6 il Rusiya Federasiyasının İstanbuldakı baş konsulu vəzifəsində çalışıb, bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzinə rəhbərlik edib.

Bunu da oxuyun

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

Yerxovun müsahibəsində müxbirin Türkiyə haqda sualları yumşaq desək, qərəzli görünür. Amma səfir əlbəttə ki, suallara xeyli diplomatik tərzdə cavab verib.

Axar.az Musavat.com-a istinadla müsahibəni təqdim edir:

– Pandemiya Rusiya-Türkiyə münasibətlərinə necə təsir edib?

– Siyasi dialoq və nümayəndə heyəti səviyyəsində görüşlər azalıb. Ticarət dövriyyəsi də geriləyib: keçən ilin 11 ayına olan məlumatlara görə, ikitərəfli ticarət 2019-cu ilin eyni dövrünə nisbətən 22% azalaraq, 18,5 milyard dollar təşkil edib. Ancaq eyni zamanda, iki ölkənin prezidentləri təmasları daima davam etdiriblər. Üç şəxsi görüş keçirilib, üstəlik videokonfrans vasitəsi ilə Astana formatında sammit olub. Dövlət başçıları 18 dəfə telefonla danışıblar.

– Rusiya cəmiyyəti Türkiyəni ölkəmizin geosiyasi rəqibi kimi görür. Sizcə, bu fikir nə dərəcədə haqlıdır?

– Bir ingilis dövlət xadimi deyib ki, onun ölkəsinin daimi dostları yox, daimi mənafeləri var. Bu prinsip bütün digər dövlətlərə də aiddir. Hər ölkənin öz maraqları var və onları rəhbər tuturlar. Siyasət siyasətdir. Bəzən sərt, bəzən qəddar ola bilər. İki güclü ölkə, iki imperiya, necə deyərlər, sərhəd-sərhədə əsrlər boyu yanaşı yaşayırlarsa, bu və ya digər mərhələdə qarşıdurma qaçılmaz ola bilər. Türkiyə ilə üç əsrdə kiçik münaqişələri nəzərə almasaq, on iki böyük müharibəmiz olub. Bu səbəbdən Türkiyənin insanların şüurunda rəqibimiz olması təəccüblü deyil.

– Türklərin də eyni düşüncələri varmı?

– Kimsə rus turistlərin gəlməsinə sevinir, çünki mağazasında bundan əlavə gəlir əldə edirlər. Biri rusun ağıllı və gözəl qadınına görə sevinir. Ancaq tarixi stereotiplərin əsiri olanlar da var ki, onlar Rusiyanı sevmir, ona etibar etmir. Buna da tez-tez rast gəlirik.

– Dostlar və maraqlar haqqında sitatı xatırladınız. İndi Rusiya ilə Türkiyənin fərqli maraqları varmı?

– Bəli, yəqin ki, var. Ancaq türkiyəli həmkarlarımızla birlikdə balansı və qarşılıqlı hörmətə əsaslanaraq, kompromislərə imkan verən variantlar axtarırıq. Buna ən yaxşı nümunə Rusiya, Türkiyə və İranın Suriyadakı genişmiqyaslı döyüş əməliyyatlarını dayandıra bilməsidir.

– Türkiyə Ukraynaya pilotsuz təyyarələr tədarükünü və hətta birgə istehsal etməyi planlaşdırır. Bu silahların “Donetsk xalq respublikası” və “Luqansk xalq respublikası”na qarşı istifadə olunacağına dair hər hansı təhlükə varmı?

– Baxın, iki suveren dövlət hərbi-texniki əməkdaşlığı inkişaf etdirir. Prinsipcə, buna etiraz etmək çətindir. Amma etirazlar da olur. Məsələn, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması Qərbdə bəzilərində son dərəcə mənfi reaksiyasına səbəb oldu. Amma biz əlbəttə ki, bu kimi əməkdaşlıq məsələlərinə daha sakit yanaşırıq. Eyni zamanda, Rusiyanın ekspert dairələrinin, Kiyevin türk “Bayraqdar”a sahib olmasının üstünlüyüdən istifadə edə biləcəyi ilə bağlı narahatlıqları da bölüşmək lazımdır. Münaqişənin yenidən hərbi yolla həlli cəhdləri barədə narahatlıqlar haqlıdırmı? Mən deyə bilmirəm. Bu ssenarinin gerçəkləşməsini istəməzdim. Bunun baş verməməsi üçün çalışacağıq.

– Türkiyənin Dağlıq Qarabağdakı münaqişədəki rolunu necə qiymətləndirirsiniz? İstanbul Azərbaycanı fəal şəkildə dəstəklədi, onları “Bayraqdar”larla təmin etdi.

– Biz bölgədəki vəziyyətin gərginləşdiyi andan etibarən Türkiyə ilə sıx təmasda olduq, daim məsləhətləşdik. Nəticə etibarilə, 31 yanvarda Rusiya və Türkiyə tərəflərindən 60 zabitin sülh razılaşmalarının icrasını birlikdə izləyəcək Monitorinq Mərkəzi işə başladı.

– Rusiyanın sizdən əvvəlki səfiri öldürüldü. Burada özünüzü təhlükəsiz hiss edirsiniz?

– Bu faciədən sonra əlavə təhlükəsizlik tədbirləri görüldü. İndi bu barədə təfərrüata varmaq, detallar haqqında danışmağı lazımsız hesab edirəm.

– Türkiyə türkdilli dövlətlərin birliyini yaratmağa, bu birlikdə lider rolunu oynamağa hazır olduğunu fəal şəkildə təbliğ edir. Ankara keçmiş SSRİ respublikalarını da öz maraq zonalarına daxil etmək istəyir. Moskva bu cür ideoloji təşkilatlanmaya necə baxır?

– Həyatdan konkret misallara baxaq. Tələbənin türk və Türkiyə tarixini öyrənməsi yaxşıdır, yoxsa pis? Yəqin ki, yaxşıdır. Teatr, musiqi və rəqs qruplarının dövlətlərarası və bölgələrarası mübadiləsi inkişaf edir, bu necədir? Görünür, çox faydalıdır. Amma aşkar şovinizm fikirlər “hiyləgərliklə” təbliğ olunursa – bu, şübhəsiz ki, pisdir. Ancaq problem ondadır ki, bu cür prosesin tam məzmununu ayırd etmək, belə demək mümkünsə, dənəni samandan ayırmaq qədər çox çətindir.

Previous Post

Türkiyədəki rus səfir: Onlar Rusiyanı sevmir…

Next Post

Türkiyə S-400-lə bağlı güzəştə hazırdır: bir şərtlə… – Video

Bənzər yazılar

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

20 Avqust 2026 - 22:20

Şimali Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97-yə çatıb. Elchi.az xəbər verir ki, bu barədə Zimbabve Milli Polis Xidməti...

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25

Azərbaycan və İraq iki ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, xəbər, mədəniyyət və idman sahələrində mübadilənin genişləndirilməsi yollarını müzakirə ediblər. Elchi.az ...

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18

İsveçrə və Çin İsveçrə mallarının Çin bazarına çıxışını genişləndirəcək yenilənmiş azad ticarət sazişi üzrə danışıqları başa çatdırıb. Elchi.az "Reuters" agentliyinə...

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

20 Avqust 2026 - 21:16

Avropa İttifaqı (Aİ) iyulun sonlarında İspaniyanın Seuta şəhərindəki böhrandan sonra sərhəd nəzarətini gücləndirmək və qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün...

Next Post
Türkiyə S-400-lə bağlı güzəştə hazırdır: bir şərtlə… – Video

Türkiyə S-400-lə bağlı güzəştə hazırdır: bir şərtlə... - Video

Türkiyə S-400-lə bağlı güzəştə hazırdır: bir şərtlə… – Video

Türkiyə S-400-lə bağlı güzəştə hazırdır: bir şərtlə... - Video

Son xəbərlər

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24
Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

20 Avqust 2026 - 22:20
Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25
İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18
Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

20 Avqust 2026 - 21:16
Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

20 Avqust 2026 - 19:54
Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

20 Avqust 2026 - 19:53
Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

20 Avqust 2026 - 19:50
Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

20 Avqust 2026 - 19:48
Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

20 Avqust 2026 - 19:23
KL: Pley-off mərhələsinə start verilir

KL: Pley-off mərhələsinə start verilir

20 Avqust 2026 - 19:11
Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

20 Avqust 2026 - 19:07
Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

20 Avqust 2026 - 19:05
Yasamalda yanğın oldu

Kürdəxanıda yol kənarında tikinti materialları yanıb – YENİLƏNİB

20 Avqust 2026 - 18:57
Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

20 Avqust 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.