Türkiyədə meteoroloqlar ölkənin bir sıra bölgələrini əhatə edən radiasiya dumanı barədə xəbərdarlıq ediblər. Elchi.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.
Yerli sürücüləri son dərəcə diqqətli olmağa çağırıblar, çünki qatı duman həm yerüstü, həm də hava nəqliyyatında fasilələrə və qəzalara səbəb ola bilər.
Hümeyrili meteoroloq Betül Akgül, “Türkiyə yüksək təzyiqin təsiri altında olduğu üçün, xüsusən də yağışın olmadığı yerlərdə yüngül külək axını və aydın gecə səması səbəbindən yerin səthi və səthə yaxın hava soyuyur” – deyə qeyd edib. Onun sözlərinə görə, bu, temperatur paylanmasına gətirib çıxarıb. Beləliklə, aşağı səviyyədə hava soyuq olur və hündürlük artdıqca temperatur yüksəlir. Hava şeh nöqtəsinə qədər soyuduqda, radiasiya dumanı görünür, deyə meteoroloq bildirib.
Havar Şəfiyeva