Belə çıxır ki, Türkiyədə erməni icması varmış və onlar orada xoşbəxt yaşayırmış. İcmanın hətta Türkiyə parlamentində öz deputatları da varmış. Bəs ağzından tüpürcək tökülə-tökülə “Böyük Turan” haqda bədnam planlardan danışan təbliğatçı-“şərqşünas”ın dedikləri? Artıq o, hər kəsi bezdirib.
Elchi.az xəbər verir ki, bu sözləri rusiyalı tanınmış hərbi ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Karlo Paylanın İrəvana səfəri haqda qeyd edib.
“Bu sübut edir ki, Qarabağın erməni əhalisi də Azərbaycanın tərkibində yaşaya və xoşbəxt ola bilər”, – Korotçenko qeyd edib.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin deputatı, erməni əsilli Karo Paylan İrəvanda səfərdədir. O, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan və birinci president Ter-Petrosyanla görüşüb, müxtəlif müzakirələr aparıb.
Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər
Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...





















Son şərhlər