Yunanıstana zərbə endirmək planımız yoxdur.
Elchi.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
“561 km mənzilli “Tayfun” ballistik raketini buraxdıq. Yunanıstanda bu təşviş yaratdı, yerli qəzetlər yazmağa başladılar ki, türklər bizi vuracaqlar. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyincə, bizim sizinlə işimiz olmayacaq”, – Ərdoğan qeyd edib.