Türkiyə xain hücumunu pisləyir.
Elchi.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı bildirib.
“Can Azərbaycanın hər zaman yanındayıq. Həyatını itirən səfirlik əməkdaşının ailəsinə başsağlığı, yaralananlara şəfa diləyirəm”, – nazir qeyd edib.
Qeyd edək ki, bu gün saat 8:30-da Azərbaycanın İrandakı səfirliyinə terror hücumu edilib. Hücum nəticəsində səfirliyimizin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb.