Türkiyə Rusiya və Suriya ilə Suriyalı qaçqınların Hələb əyalətinə qaytarılmasını müzakirə edir. Elchi.az AHaber telekanalına istinadən xəbər verir ki, onlar lazımi infrastrukturu formalaşdıracaqlar.
Nəşr qeyd edir ki, təşəbbüs qeyri-qanuni miqrasiya ilə bağlı bütün problemləri tamamilə aradan qaldıracaq. Hələb Modeli adlanan mexanizm Türkiyə Daxili İşlər Nazirliyi və hakim Ədalət və İnkişaf Partiyası ilə birlikdə həyata keçiriləcək.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Avropa Birliyinə üzv olmaq üçün immiqrasiya siyasətini dəyişəcəyi bildirilib.
Havar Şəfiyeva