Ankara Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarının təşkili və aparılması üçün səylərini davam etdirmək niyyətindədir. Elchi.az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Şurası üzvlərinin birgə bəyanatında deyilir.
“Rusiya və Ukrayna arasında hərbi münaqişənin region üçün riskləri artıran nəticələri proqnozlaşdırılıb. Türkiyənin sülh danışıqları səylərinə töhfə verməyə davam edəcəyi də ifadə edilib”, – deyə bəyanatda bildirilir.
Havar Şəfiyeva