Türkiyə iyulun 1-dən etibarən Boğaziçi və Çanaqqala boğazlarından gəmilərin keçid haqqını 8 faizdən çox artırır. Bu barədə Nəqliyyat və İnfrastruktur Nazirliyinə bağlı Dənizçilik İdarəsi qərar verib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu qərardan sonra ölkənin cari ildə gəlirləri 900 milyon dollara çata bilər.
Xatırladaq ki, Türkiyə hakimiyyəti ötən ilin oktyabr ayında Bosfor və Çanaqqala boğazlarından ticarət gəmilərinin keçid haqqını 5 dəfə artırıb. Məbləğ 1936-cı ildə boğaz zonasında naviqasiyanı tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır. Montrö Konvensiyasının imzalanması zamanı qızıl frank 0,8 dollara bərabər idi, ötən ilin oktyabrında isə 4,08 dollara yüksəlib.
Yeganə