Afrikadakı kolonializm izləri silinməlidir. Kolonializm insanların təkcə həyatlarını yox, həm də ürəklərini əsir alıb.
Elchi.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Fondunun Fil Dişində təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib.
O, həmçinin beynəlxalq aləmdəki proseslər barədə də danışıb.
Spiker bildirib ki, dünyadakı hazırkı xaosun səbəbkarı və günahkarı Qərbdir.
Türkiyə parlamentinin sədri belə bir vəziyyətdə müsəlman dövlətlərini həmrəyliyə çağırıb.
N.Kurtulmuş söyləyib ki, müsəlman ölkələrinin imkanları onlara qarşı hazırkı münasibətə adekvat deyil.
Spiker bildirib ki, İslam dünyası hazırkı mövqeyə və münasibətə layiq deyil: “Bizim potensialımız daha yaxşısına nail olmağa imkan verir. Gələcək İslam dünyasının olacaq. Dünyada yeni sistemə ehtiyac var. Bunu başa düşmək üçün təkcə Qəzzaya baxmaq kifayətdir”.