Türkiyə dənizin 2200 metr dərinliyində quyulardan gələn Qara dəniz qazını toplayacaq 280 tonluq çən quraşdırıb, əməliyyat iyirmi saat davam edib.
Elchi.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən məlumatına görə “Qara dəniz qazı quruya bir az da yaxınlaşıb. Dənizin 2200 metr dərinliyindəki sistemdə qazı quyulardan toplayaraq magistral kəmərə birləşdirəcək 280 tonluq nəhəng paylayıcı çən quraşdırılıb. 20 saat davam edən əməliyyat onun (rezervuarın) bir qarış sürüşməməsi üçün cərrah dəqiqliyi ilə həyata keçirilib.
Türkiyə tarixində ən böyük təbii qaz kəşfi sayılan Sakarya qaz yatağında Türkiyə Neft Şirkəti (TPAO) ekipajlarının işlərinin gecə-gündüz davam etdiyi bildirilir.
“Quyulardan qazı toplayaraq onu magistral boru kəmərinə birləşdirəcək bu nəhəng “Peçenek” paylayıcı çəni gəmi ilə limandan buraxılışın baş tutacağı Sakarya qaz yatağına çatdırılıb. Burada xüsusi kranların və sualtı robotların köməyi ilə dənizin dibinə endirilən nəhəng avadanlıqlar cərrah dəqiqliyi ilə həyata keçirilən əməliyyat nəticəsində öz yerində quraşdırılıb. Bütün gecə davam edən əməliyyat 20 saata yaxın davam edib”, – deyə nəşr aydınlıq gətirib.
Bundan əvvəl “Sabah” qəzeti Türkiyənin Qara dənizdəki Sakarya yatağından 540 milyard kubmetr qazın çıxarılması və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacağını yazmışdı. Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə gəlməlidir. Dönməzin özü də Qara dənizdə kəşf edilən qazın təxmini dəyərinin 400 milyard dollar olduğunu bildirib.
Yeganə