"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Türkiyə ən dağıdıcı raket sistemini Azərbaycana göndərir

18 Sentyabr 2014 - 13:49
in DÜNYA, FLƏŞ
FacebookVatsap
Türkiyənin “Roketsan” şirkəti aldığı sifariş əsasında Azərbaycana “Kasırğa T-300” reaktiv sistemlərini verməyəimg1636664 başlayıb.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda şirkətin rəhbəri Eyup Kaptan TRT kanalına açıqlamasında bildirib.
Eyup Kaptan məlumat verib ki, Azərbaycanın sifariş verdiyi bir diviziyon (4 kompleks) “Kasırğa T-300” sistemi ilin sonunadək çatdırılacaq. Hər kompleksin tərkibinə 4 raket daşıya bilən mobil platforma, komanda-nəzarət mərkəzi, hava hücumundan müdafiə sistemi və radar daxildir.
Sistemin komponentlərinin hamısı mobil platforma üzərində yerləşdirilib. Bu da “Kasırğa T-300” sistemlərinin düşmən hədəflərinə dağıdıcı zərbə endirdikdən sonra qısa müddət ərzində öz mövqeyini dəyişdirməsinə, beləliklə, düşmənin cavab zərbələrindən yayınmasına imkan verir.
“Roketsan” şirkəti bundan əvvəl Azərbaycana 122 mm-lik raketlər atan “Sakarya” reaktiv yaylım atəşi sistemlərini də satıb. “Kasırğa T-300” sistemləri isə regionda ən güclü və ən dağıdıcı reaktiv sistemdir. Bu sistem 300 millimetrlik raketlərlə təchiz olunub və 150 kilometr məsafədən hədəfi darmadağın edə bilir.
Öz göstəricilərinə görə “Kasırğa T-300” Rusiya istehsalı olan və son vaxtlara qədər öz sinfində ən güclü silah hesab edilən “Smerç” reakiv yaylım atəşi sistemlərini də üstələyir. Belə ki, “Smerç” sistemləri daha kiçik kalibrli raketlərlə təchiz olunub və raketlərin tipindən asılı olaraq hədəfi 90-150 kilometr məsafədə vurur.
Xatırladaq ki, Azərbaycan Rusiyadan iki diviziyon (hər diviziyonda 18 sistem) “Smerç” sistemləri alıb.
“Kasırğa T-300” sistemləri isə düşmən nəzarəti altında olan ərazilərin dərinliklərində yerləşən hədəflərə, o cümlədən hərbi bazalara, qoşunların cəmləşdiyi yerlərə, nəqliyyat şəbəkələrinə, inzibati və sənaye obyektlərinə zərbələr endirmək üçündür.
E.Kaptan bildirib ki, sınaqlar zamanı 5-10 “Kasırğa” qurğusundan açılan yaylım atəşi (bu isə 20-40 arası güclü döyüş başlığı deməkdir) 1 kilometr radiusda düşmənin bütün canlı qüvvəsini məhv etməyə təminat verir.
“Kasırğa T-300” sistemlərinin alınmasından sonra Azərbaycan keçmiş sovet regionunda ən güclü reaktiv sistemlərə malik olan ölkəyə çevrilir. Belə ki, Azərbaycanın sərəncamında İsraildən alınan “Linx” reaktiv sistemləri, Rusiya istehsalı olan “Uraqan” və “Smerç” sistemləri, Türkiyə istehsalı olan “Sakarya” və “Kasırğa”lar, “Qrad” qurğuları, habelə Pakistandan alınan və hədəfi 1500 kilometr məsafədən vuran ballistik raketlər və s. var.
Bu güclü silah sistemləri ərazilərin işğaldan azad edilməsi əməliyyatı zamanı hələ quru qoşunları və tank birləşmələri döyüşə girmədən düşmən hədəflərini, o cümlədən onun komanda-qərargah mərkəzlərini, dərinliklərdə yerləşən təchizat anbarlarını və kazarmalarını məhv etməyə imkan verir.

 

Bunu da oxuyun

Aİ İranda repressiyaları və edamları PİSLƏDİ

Paşinyan rus dili kursuna gedir

Türkiyə Husilərin Məkkəyə hücumunu pisləyib

Tags: SAVAŞ
Previous Post

Türkiyə ən dağıdıcı raket sistemini Azərbaycana göndərir

Next Post

“New York Times” Ərdoğandan üzr istədi – FOTO

Bənzər yazılar

Aİ İranda repressiyaları və edamları PİSLƏDİ

Aİ İranda repressiyaları və edamları PİSLƏDİ

17 Sentyabr 2026 - 14:00

Avropa İttifaqı və onun üzv dövlətləri İran hakimiyyətini öz xalqına qarşı zorakılığa və repressiyalara son qoymağa, həmçinin edam dalğasını dayandırmağa...

Paşinyan rus dili kursuna gedir

Paşinyan rus dili kursuna gedir

17 Sentyabr 2026 - 13:18

Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqlayıb. Elchi.az xəbər verir ki, Paşinyan bu barədə brifinqdə danışıb. O bildirib...

Türkiyə Husilərin Məkkəyə hücumunu pisləyib

Türkiyə Husilərin Məkkəyə hücumunu pisləyib

17 Sentyabr 2026 - 13:00

Türkiyə Səudiyyə Ərəbistanındakı müqəddəs Məkkə şəhərini hədəf alan Husi hücumunu sərt şəkildə pisləyib. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə...

MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər

17 Sentyabr 2026 - 12:18

Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə sentyabrın 18-də bu ölkəyə...

Next Post

“New York Times” Ərdoğandan üzr istədi - FOTO

“New York Times” Ərdoğandan üzr istədi - FOTO

Son xəbərlər

Lavrov ABŞ-ı təriflədi

Lavrov ABŞ-ı təriflədi

17 Sentyabr 2026 - 16:00
Xəzər dənizində partlayışlar gözlənilir

Xəzər dənizində partlayışlar gözlənilir

17 Sentyabr 2026 - 15:51
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

17 Sentyabr 2026 - 15:42
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 - 15:30
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

17 Sentyabr 2026 - 15:16
İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

17 Sentyabr 2026 - 15:08
“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

17 Sentyabr 2026 - 15:00
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

17 Sentyabr 2026 - 14:48
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib – VİDEO

FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib – VİDEO

17 Sentyabr 2026 - 14:45
Azərbaycanda problemli kreditlərin məbləği artıb

Azərbaycanda problemli kreditlərin məbləği artıb

17 Sentyabr 2026 - 14:42
Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir – İlham Əliyev

Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir – İlham Əliyev

17 Sentyabr 2026 - 14:30
Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

17 Sentyabr 2026 - 14:28
Prezident: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Prezident: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

17 Sentyabr 2026 - 14:21
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

17 Sentyabr 2026 - 14:19
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib

17 Sentyabr 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.