Türkiyənin Xarici İşlər Nazirliyi Yəmənin Ədən şəhərindəki aeroporta terror hücumunu pisləyən bəyanat yayıb.
Anadolu Agentliyinin xəbərinə görə, nazirliyin açıqlamasında terror aktı kəskin şəkildə pislənilib.
Nazirlik Yəmən xalqına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. Qeyd edək ki, axşam saatlarında bomba yüklü avtomobilin Ədən hava limanında partladılması çoxsaylı insan tələfatına səbəb olub.