Türkiyənin 4 güləşçisi zəlzələ nəticəsində həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Qəhrəmanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 8 güləşçi dağıntılar altından sağ çıxarılsa da, 4 nəfərin cansız bədəni tapılıb. Bunlar Əhməd Taş, Mehmet Eskisarılı, Əli Gürsoy və Aslan Ekizdir.
Daha 4 güləşçi ilə bağlı isə hələlik məlumat yoxdur. Ərazidə xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 12 873 adam həlak olub, 62 937 nəfər yaralanıb.
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub
İtaliyanın "Venesiya" klubunun baş məşqçisi Covanni Stroppa vəzifəsindən azad edilib. Elchi.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat...





















Son şərhlər