"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Türkiyədən Azərbaycana FETÖ siyahısı gəlibmi?

15 Oktyabr 2016 - 10:47
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

 Türkiyədən Azərbaycana FETÖ siyahısı gəlibmi?Azərbaycanda “camaat əməliyyatları” mövzusunda son durum

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl mediada Türkiyədən Azərbaycana FETÖ üzvü şəxslərin siyahısının göndərilməsi xəbərləri yayıldı. Məlumatda qeyd olunurdu ki, Türkiyə baş nazirinin Azərbaycandakı FETÖ üzvlərinin ifşa olunması ilə bağlı məktubu Türkiyəyə yardım aparan Şeyxülislam Hacı Allahşükür Paşazadə vasitəsilə çatdırılıb. QMİ sədrinin də Türkiyədə olarkən FETÖ şəbəkəsi ilə mübarizəni davam etdirəcəklərini xüsusi vurğu ilə bəyan etməsi bununla bağlı olub.
 
Cebhe.info saytının yaydığı məlumata görə, məktubda adı “Hizmət” hərəkatına bağlı olduğu deyilən şəxslərin böyük əksəriyyəti Milli Məclisin deputatlarıdır. Onların sayının kifayət qədər çox olduğu və növbəti seçkilərdə mandatlarını itirəcəkləri qeyd olunur. 
Ancaq iki gün əvvəl mətbuata açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu məlumatı təkzib edib. Yeri gəlmişkən, Mübariz Qurbanlı da iki gün əvvəl İstanbulda keçirilən beynəlxalq dini konfransda iştirak edib. Komitə sədri deyib ki, bu məlumat ilk dəfə qonşu ölkə mediasında yayılıb və səhihliyi şübhə doğurur.
Sitat: “Türkiyədə yüzlərlə media var, yayılan məlumatlar barədə diqqətli olmalıyıq. Bizim üçün Türkiyə rəsmi qurumlarının və rəsmi qəzetlərinin yaydığı məlumatlar əsasdır. FETÖ-çülərin Azərbaycanda uzantıları ola bilər, bununla bağlı işlər gedir. Müəyyən ədəbiyyatlar və disklər yayan adamlar saxlanılıb. Bununla bağlı hüquq-mühafizə orqanları işlərini davam etdirirlər. FETÖ-çülərlə əlaqədar lazımi araşdırma apardıqdan sonra danışmaq lazımdır. Mən Türkiyənin Azərbaycana siyahı təqdim etməsi barədə bilgiyə malik deyiləm”.
Qeyd edək ki, Azərbaycanda FETÖ tərəfdarlarına qarşı əməliyyatların olacağı ilə bağlı məlumatlar hələ üç il əvvəl, Türkiyədə 17-25 dekabr proseslərindən sonra gündəmə gəlib. Hətta o zaman bir sıra vəzifəli şəxsləri də bu ittihamla işdən çıxardılar. Həmin vaxt Türkiyənin Azərbaycana siyahı göndərdiyi haqda məlumatlar dolaşsa da, sonradan bu məlumat təsdiq və ya təkzib olunmadı.
İndi isə yenidən siyahı gündəmə gəlib. Üstəlik, məlumdur ki, Türkiyə hakimiyyəti ölkə ərazisində olduğu kimi, xaricdəki “gülən camaatı”na qarşı əməliyyatların aparılmasında israrlıdır. Türkiyə prezidentinin BMT tribunasından dünyaya FETÖ təhlükəsi xəbərdarlığı etməsi, rəsmi şəkildə ABŞ-dan Gülənin tələb edilməsi, Türkiyədə Ali Təhsil Təşkilatının xaricdəki Gülən məktəblərini bitirmiş şəxslərin diplom və attestatlarını tanımaması, bu məktəbləri bitirənlərin Türkiyədən ali məktəbə qəbulunu qadağan etməsi, bundan başqa, Qırğızıstan, eləcə də bir sıra Afrika ölkələrinə Gülən məktəblərini bağlamaqla bağlı tələb göndərməsi Ankaranın niyyətinin ciddi olmasından xəbər verir. Ankara açıq şəkildə Bakıya hələ ki belə bir çağırış etməyibsə də, Azərbaycan daxili işlər nazirinin Ankaraya səfəri zamanı səsləndirdiyi fikirlər, Türkiyə rəsmilərinin Azərbaycan hökumətinin FETÖ-yə qarşı mübarizəsindən məmnunluq doğuran açıqlamaları onu göstərir ki, Bakı ilə bu istiqamətdə danışıqlar olub. Sadəcə, mediaya açıqlanmır.
O da var ki, Ankara rəsmi və qeyri-rəsmi mənbələr vasitəsilə F.Gülən camaatının ən güclü təşkilatlandığı ikinci ölkənin Azərbaycan olduğunu bir neçə dəfə bəyan edib. Eyni zamanda Türkiyə mediası Azərbaycandakı FETÖ qruplaşmasına xüsusi diqqət ayırıb, Bakıya çəkiliş qrupu ezam edib. Bundan çıxış etsək, o zaman Ankaranın Bakıya hansısa siyahı və ya adlar verməsi inandırıcı görünür. Baxmayaraq ki, M.Qurbanlı siyahı söhbətini inkar edir.
Mümkündür ki, M.Qurbanlı həqiqətən də belə bir siyahının mövcudluğundan xəbərsizdir. Yaxud da onunla birbaşa əlaqəsi olmadığı üçün rahat şəkildə iddianı təkzib edir, özü də dolayı yolla, yəni medianın rəsmi olmaması arqumenti ilə. Hər kəsə aydın məsələdir ki, hər nə qədər dini qrup və ya camaat adlandırılsa da, F.Gülən camaatı artıq çox illər öncədən dini icma olmaqdan çıxaraq gizli təşkilat kimi fəaliyyət göstərirdi. Yəni indi necə deyərlər, F.Gülənə qarşı mübarizədə Dini Komitənin və ya başqa bir dini qurumun o qədər də rolu yoxdur və ya ola bilməz. Çünki söhbət dövlətin az qala bütün orqanlarına yerləşmiş gizli şəbəkədən gedir. Yeri gəlmişkən, rəsmi məlumata görə, F.Gülən camaatının Azərbaycanda hətta qeydiyyatdan keçmiş icması belə olmayıb, hansısa məscid və ya dini ibadət evi açmayıb, dini təhsil mərkəzi qurmayıb.
Bu camaat daha çox dünyəvi təhsil mərkəzləri (orta məktəb, lisey, universitet, yataqxana və sair – K.R.) quraraq orda öz fəaliyyətlərini həyata keçirməklə tanınıb. Camaatın hansısa dini təbliğatı olubsa da, bu təbliğatlar məscidlərdə və ya dini icmalarda deyil, adları qeyd olunan təhsil mərkəzləri, yataqxana və media quruluşlarında aparılıb. Bu mənada Azərbaycanda FETÖ-yə qarşı aparılacaq əməliyyatların məscidlərdə və ya hansısa dini icmada baş verməsi mümkün deyil. Bu iş daha çox hüquq-mühafizə orqanları, təhsil və digər strateji dövlət qurumları vasitəsilə aparılacaq. Bu səbəbdən də indi açıqlamanı dini qurumlardan deyil, daha çox siyasi və hüquq-mühafizə orqanları rəhbərlərindən gözləmək lazımdır. Çünki bir siyahı varsa da o, artıq dini icmalar və ya din xadimləri ilə bağlı deyil, böyük ölçüdə.
Previous Post

Türkiyədən Azərbaycana FETÖ siyahısı gəlibmi?

Next Post

Azərbaycanda yeni zavod tikilir

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Azərbaycanda yeni zavod tikilir

Azərbaycanda yeni zavod tikilir

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.