Türkiyədə zəlzələ baş verdi

40

Türkiyənin qərbində 4,9 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Məlumata görə, yeraltı təkanların episentri İzmir şəhərindən 10 kilometr cənub-şərqdə, Egey dənizi sahilində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.