Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumulikdə 11 nəfər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Elchi.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbəsində yaşayan Xəzər Əsədov saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Bundan əlavə rayonun Hindarx qəsəbəsində və digər ərazilərində aparılan ardıcıl tədbirlər nəticəsində daha 10 nəfər saxlanılıb. Onlardan ümümi çəkisi 10 kiloqrama yaxın olan müxtəlif adda narkotik vasitələr aşkar olunaraq götürülüb.
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq
Noyabrın 8-də Bakıda Zəfər Günü münasibətilə bayram konserti keçiriləcək. Elchi.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin...





















Son şərhlər