Türkiyədə yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlardan Ermənistana qarşı sanksiya tətbiq etməyi tələb edirlər

🗓 05.08.2014 20:16 ✍️ "Elçi" qəzeti

“Türkiyədə yaşayan azərbaycanlılar son günlər Ermənistan-Azərbaycan imgpreviewqoşunların təmas xəttinin müxtəlif istiqamətlərində vəziyyətin gərginləşməsi, Ermənistan  Silahlı Qüvvələrinin atəşkəsi pozaraq Azərbaycana qarşı təxribat törətmələri ilə bağlı narahatdırlar”.

 Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumatda bildirilib. Məlumata görə, Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları beynəlxalq təşkilatlara bəyanatlar ünvanlayaraq onları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

 Bəyanatda bildirilir ki, Ermənistanın bu hücumu qarşılıqsız qalmayacaq və Azərbaycan ordusu tərəfindən layiqli cavabını alacaq. Bununla yanaşı, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) da cəbhədəki gərginliklə əlaqədar beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul edib. Bəyanatda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı həyata keçirdiyi qətliam və soyqırımlara beynəlxalq təşkilatlar və  qeyri-hökumət təşkilatları tərəfindən heç bir siyasi, hüquqi qiymət verilməməsi və  dünya ictimaiyyətinin hələ də bu məsələyə laqeyd qalması pislənilir.

Bənzər yazılar