Türkiyədə meymunçiçəyi xəstəliyindən şübhəli bilinən 4 əcnəbi şəxs aparıldıqları xəstəxanada test veriblər.
Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca lazımi analizlərin aparıldığını, analizinin nəticəsinin mənfi olduğunu bildirib.
F.Qoca Türkiyədə indiyə qədər meymunçiçəyi diaqnozu qoyulan xəstənin olmadığını vurğulayıb.
Qeyd edək ki, İstanbulun Sultanqazi Həbiblər küçəsindəki aptekə gedən əcnəbi vətəndaşlar əllərindəki yaraları göstərərək dərman istəyiblər. Əczaçı yaraların meymunçiçəyi xəstəliyi ola biləcəyindən şübhələnərək səlahiyyətlilərə məlumat verib.
Bakıda AQEM Media Forumu keçirilir
Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....





















Son şərhlər