Türkiyədə meşə yanğını: sakinlər təxliyə edildi

86

Türkiyənin Alanya əyalətində meşə yanğını baş verib.

Elchi.az xəbər verir ki, bu barədə Alanya valisi Fatih Ürkmezer məlumat verib.

Məlumata görə, yanğın yaşayış məntəqələri yaxınlığında meşəlik ərazidə baş verib. 13 ev təxliyə edilib, tələfat yoxdur.

Yanğına havadan və qurudan müdaxilə edilir.