Türkiyədə güclü zəlzələ oldu

38

Türkiyə sahillərində 4,7 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Antalya şəhərinin Qumluca rayonundan 68,33 kilometr aralıda, yerin 22,35 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.