"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Türkiyədə FETÖ-çülərin həbsi davam edir – məşhur jurnalist də saxlanılıb

30 Dekabr 2016 - 10:34
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

 Türkiyədə FETÖ-çülərin həbsi davam edir - məşhur jurnalist də saxlanılıb“Türkiyə ordusu FETÖ-dən, agentura şəbəkəsindən təmizlənməlidir”

 
Türkiyədə 15 iyul qiyamı ilə bağlı həbslər davam edir. Son günlərdə həbs dalğası daha da genişlənib. 22 əyalətdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində daha 34 nəfər hərbçi həbs edilib. Əməliyyatın keçirilməsi üçün Ankara Şəhər Prokurorluğu sanksiya verib. İnformasiyaya əsasən, onların 4-ü zabit, 30-u isə gizirdir.
Çorum əyalətində isə şübhəli şəxs qismində dindirilən 17 nəfərdən 14-ü həbs edilib. İstanbul prokurorluğunda aparılan bir istintaq çərçivəsində isə dekabrın 29-da təhlükəsizlik şöbəsinin əməkdaşları məşhur qəzetçi Ahmet Şıkı saxlayıblar.
Jurnalistin zəruri sənədləşdirmə işlərindən sonra məhkəmə qarşısına çıxarılacağı bildirilir.
Ahmet Şık saxlanıldığı barəsə twitter hesabında belə yazıb: “Həbs edilirəm. Bir twitlə bağlı prokurorluğa aparılacaqmışam”.
Qeyd edək ki, Ahmet Şık 3-4 il öncə də həbs olunub, bir il həbsdə qalıb. O zaman onun həbsinin səbəbi Fətullah Gülənə dair yazdığı, amma hələ nəşr edilməyən “İmamın ordusu” kitabına görə olmuşdu. Həmin işlə bağlı məhkəməsi gedən zaman A.Şık məhkəmə binası önünə toplaşan jurnalistlərə səslənmişdi: “Dostlar, ona toxunan yanır”.
Bundan əlavə, Samsun, Antalya və digər böyük şəhərlərdə FETÖ tərəfdarlarından onlarla şəxs istintaqa cəlb olunub.
Image result for Ahmet Şık
Göründüyü kimi, 15 iyul qiyamının üzərindən 5 aydan çox zaman ötsə də, proses səngimir və həbslər davam etməkdədir. Yaxın bir neçə ay ərzində də FETÖ tərəfdarlarının həbslərinin davam edəcəyi istisna olunmur. Ekspertlərin həbslərlə bağlı mövqeləri müxtəlifdir. Əksəriyyət başladılan işin tam başa çatdırılmasının qardaş ölkənin gələcəyi üçün çox mühüm olduğunu qeyd etsə də, bunun əksini deyənlər də var. Həbsin əleyhdarları Türkiyənin gələcəyi baxımından bunun mənfilərinin olacağından, ən əsası, türk ordusunun imicinə ciddi zərbə dəyəcəyindən ehtiyalanırlar.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli hesab edir ki, Türkiyədə gedən proseslər normal qəbul olunmalıdır: “Azərbaycan da vaxtilə hərbi qiyam yaşayan ölkə olub. Təəssüflər olsun ki, o zamankı iqtidar bunun qarşısını ala bilməyib. Hərbi qiyamda hərbçi də, jurnalist də, həkim də, müəllim də tutular. Günahı olan hər kəs kimliyindən asılı olmayaraq həbs oluna bilər. Türkiyədə baş verirsə, bu proses ölkənin miqyasına uyğun şəkildə gedəcək. Burada təəccüblü heç nə görmürəm. Türkiyədə yeni bir sistem qurulur. Türkiyə NATO-ya üzv qəbul edildikdən sonra orduda yeni bir sistem var idi. Amerikanın idarəçiliyi altında bir sistem mövcud idi. Ərdoğan iqtidarından öncə Türkiyə ordusu tam şəkildə ABŞ-ın nəzarətində idi. Ondan öncə qardaş ölkə iki dəfə hərbi qiyam yaşamış və bunun ölkəyə necə ciddi zərbə vurduğunu hər kəs görmüşdü. Orduda hansısa bir ölkənin agenturasının olması artıq ordunun zəif olmasına səbəb olan başlıca amildir.
Türkiyədə təmizləmə orduda aparılırsa, deməli, bu, müsbət prosesdir. Təbii ki, çox ağrılı prosesdir. Amma bu olmasa, Türkiyədə növbəti hərbi çevrilişlər gözlənilə bilər. Bunun qarşısını almaq üçün də həbslər davamlı olmalıdır, son nöqtəyə qədər iş aparılmalıdır. Türkiyə ordusu FETÖ-dən, agentura şəbəkəsindən təmizlənməlidir. Bu, normal prosesdir. Qiyamdan sonra türk ordusunun zəifləyəcəyi deyilirdi. Amma Suriyaya baxaq. Türk ordusunun bu ölkəyə müdaxiləsindən sonra Azad Suriya Ordusu rahat nəfəs aldı. DAİŞ, PYD-dən çox strateji ərazilər təmizləndi. Suriyada quru əməliyyatlarına yalnız Türkiyə ordusu risk edib getdi. Amerika hələ indiyə qədər buna risk etməyib, yalnız havadan Suriya müharibəsində iştirak edib. Türkiyə hakimiyyəti öz ordusuna əmindir. Daxildə FETÖ və terrorçu kürdlərə qarşı mübarizə aparılır, eyni zamanda Suriyada hər kəs türk ordusunun gücünə şahidlik edir. Bu həbslər türk ordusunu zəiflətməyəcək, əksinə, daha güclü edəcək”.
Previous Post

Türkiyədə FETÖ-çülərin həbsi davam edir – məşhur jurnalist də saxlanılıb

Next Post

Kreml: “ABŞ-a adekvat cavab veriləcək”

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Kreml: “ABŞ-a adekvat cavab veriləcək”

Kreml: “ABŞ-a adekvat cavab veriləcək”

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.