Türkiyədə ağır qəza: 7 nəfər öldü

53

Türkiyədə yanacaq daşıyan maşın, avtobus və yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər həlak olub. Nəqliyyat vasitələri alovlanmağa başlayıb.

Elchi.az xəbər veir ki, hadisə ölkənin Ağrı şəhərinin Tutak rayonunda baş veirb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə 7 nəfərin öldüyünü, 2-si ağır olmaqla, 11 nəfərin yaralandığını bildirib.