Türkiyə Yunanıstana qarşı hərəkətə keçdi

🗓 11.08.2014 02:17 ✍️ "Elçi" qəzeti
Yunanıstana məxsus iki F-16 təyyarəsi Egey dənizi üzərində Türkiyə hava məkanına daxil olub.22096 Bu barədə Türkiyə Baş Qərargah Rəhbərliyindən məlumat verilib. Baş Qərargahdan verilən məlumatda beynəlxalq hava məkanında kəşfiyyat uçuşu həyata keçirən Türkiyə təyyarəsi hava sərhəddinin pozulduğunu təyin edib. Sərhəd pozuntusunun 17 saniyə müddətinə baş verdiyi qeyd edilib. Türkiyə hərbi təyyarələrinin havaya qalxmasından dərhal sonra yunan hərbi təyyarələri geri çəkiliblər. (Axar.az)

Bənzər yazılar