Türkiyə XİN başçısı Ukraynaya səfər edəcək

🗓 27.05.2025 13:21 ✍️ "Elçi" qəzeti
Türkiyə XİN başçısı Ukraynaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbul danışıqlarının nəticələrini Ukrayna rəsmiləri ilə müzakirə etmək üçün həftə sonunda Kiyevə səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Fidan Rusiya və Ukrayna arasında danışıqlarda Türkiyənin vasitəçilik rolunu təsdiqləmək niyyətindədir. Qeyd edək ki, hazırda o, rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada ikigünlük səfərdədir. Dünən Rusiya Prezidenti Vladimir Putin Fidanı Kremldə qəbul edib.

Bənzər yazılar