"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Türkiyə və İŞİD sınağı

07 Oktyabr 2014 - 16:54
in GÜNDƏM
FacebookVatsap

Türkiyə sərhədləri yaxınlığında Kobanidə döyüşlər davam edir, Ankara İŞİD-lə müharibə üçün şərt qoyur, kürdlər isə ayaqlanaraq Ankaranı hərbi əməliyyatlara məcbur etməyə çalışır

Bunu da oxuyun

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

İŞİD silahlılarının Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Kobani (Aynul Ərəb) şəhərinə hücumu davam edir. Oktyabrın 7-ə keçən gecə kürd PYD qruplaşması İŞİD güclərini şəhərin mərkəzində geri oturtsalar da, hazırda Kobaninin bir sıra ətraf bölgələri və 3 rayonu İŞİD-in nəzarətindədir. Artıq İŞİD Kobaninin şərq hissəsində yerləşən Kani Ərəb məhəlləsinə bayrağını asıb.
BBC-nin məlumatına görə hazırda Kobaninin şərq, qərb və cənub ərazilərində döyüşlər davam edir. Beynəlxalq koalisiyaya aid hərbi təyyarələr Kobaniyə hücum edən İŞİD mövqelərini bombalamaqda davam edir. İlk dəfə koalisiya qüvvələri gündüz vaxtı bombardmanlar həyata keçiriblər, qəsəbə üzərində uçuşlar davam edir. Kobaniyə hücum şəhərdən çoxlu sayda insanların qaçmasına səbəb olub. Son olaraq 2 min şəhər sakininin Türkiyəyə qaçdığı bildirilir, ancaq eyni zamanda İŞİD-in ələ keçirdiyi bölgələrdə xeyli sayda dinc sakinin qalması növbəti qətliamın baş verəcəyi ilə bağlı narahatlıq yaradıb. Belə ki hazırda Kobanidə 3-4 min yerli sakinin olduğu bildirilir.
 
Türkiyə kürdləri küçələrə axışır, ordu Kobaniyə müdaxilə eləsin
PYD rəsmiləri mətbuata açıqlama verərək Türkiyənin prosesə müdaxilə edərək hərbi qüvvə göndərməyə çağırıblar. Əks halda şəhərdə böyük qətliamın ola biləcəyi haqda xəbərdarlıq ediblər. Qeyd edək ki, artıq neçə gündür ki, Türkiyədə və Avropada kürdlər davamlı aksiyalar keçirərək Kobaniyə müdaxilə tələb edirlər. Oktyabrın 7-da Türkiyənin Xalqlarin Demokratik Partiyası (HDP) vətəndaşlara müraciət edərək Kobaniyə dəstək üçün küçələrə çıxmağa çağırıb. Müraciətdə “Kobanidə durumun son dərəcə kritik olduğu” bildirilir və bu səbəbdən AKP hakimiyyətinin Kobaniyə embarqo tətbiq etməsinə etiraz olaraq insanları küçələrə çıxıb etiraz etməyə çağırırlar. Kürdlər Türkiyə ordusunun təcili olaraq hərəkətə keçib İŞİD-ə qarşı savaşmasını tələb etsə də, Ankara hələlik təmkinli davranır.
Davudoğlunun savaş şərti: Koalisiya Suriyanı bombalamasın, Əsədə qarşı əməliyyat başlasın
Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, ölkəsi yalnız bir halda qatıla bilər. CNN-ə müsahibəsində Davudoğlu Türkiyənin əsas şərtinin Suriyada uçuşaq yasaq bölgə elan edilməsini və Əsəd rejiminə qarşı hərbi əməliyyatlara razılıq verilərsə İŞİD-ə qarşı hərbi əməliyyatlara başlaya biləcəklərini deyib. Baş nazirin sözlərinə görə, Suriyada zorakılığın artmasına və terrorçuların fəallaşmasına səbəb ölkə prezidenti Bəşər Əsədin başçılıq etdiyi rejimdir.
Ancaq Türkiyə hökuməti başçısının bu şərtinə ABŞ-dan cavab özünü çox gözlətməyib. ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki gündəlik brifinqdə bildirib ki, ABŞ-ın mövqeyi dəyişməyib. J.Psaki bildirib ki, hazırda Amerikanın əsas hədəfi İŞİD-dir. Eyni zamanda o, Vaşinqton Suriya müxalifətini dəstəkləməkdə davam edəcək.
 
Bağdad və Tehran Türkiyənin İraqa hərbi müdaxiləsinə qarşıdır img1647204 
İraq hökuməti isə bəyan edib ki, Türkiyənin İŞİD-lə mübarizə adı altında İraq ərazilərinə ordu yeritməsinə qarşıdır. “əl-Cəzirə” telekanalının məlumatına görə, belə bir mövqeyi İraqın yeni baş naziri Heydər əl-İbadi səsləndirib. Baş nazir bildirib ki, İraq ordusu və “qəhrəman İraq xalqı” İŞİD-ə qarşı savaşır və hazırda döyüş cəbhəsində üstünlüyü ələ alıblar. Eyni zamanda əl-İbadi əlavə edib ki, beynəlxalq koalisiyanın İraq ərazisindəki İŞİD mövqelərini bombalamasını dəstəkləsələr də, İraq ərazisinə ordu yeridilməsinə qarşıdırlar. Baş nazir bu barədə mövqelərini bir sıra ölkələrin rəhbərlərinə bildirdiklərini deyib. Qeyd edək ki. İraqda ordu ilə yanaşı yeni könüllü hərbi birləşmələrin təsis olunması prosesi başlayıb. Amerika işğalı zamanı mövcud olmuş, ancaq sonradan fəaliyyətini dayandırmış bir sıra hərbi qruplaşmalar yenidən fəallaşıblar. Bayram günləri isə Kərbəla şəhərində könüllülərdən ibarət yeni “İmam Hüseyn” briqadası yaradılıb.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Həqiqət Bor Türkiyə parlamentinin orduya ölkə xaricində əməliyyat keçirmək hüququ verən qanun layihəsini qəbul etməsini “strateji xəta” adlandırıb. İranlı parlamentarinin sözlərinə görə, Ankaranın İraq və Suriya ərazisində hərbi əməliyyat keçirməsi onun özünə siyasi və iqtisadi zərbələrə səbəb olacaq.
 
NATO Türkiyəyə görə narahtdır
İŞİD-in Türkiyə sərhədlərinə yaxınlaşması isə Ankarada narahatlığı artırıb. Kobanidə gedən döyüşlər zamanı bir neçə mərminin Türkiyə ərazisinə düşməsi və bir neçə nəfərin yaralanması xəbərindən sonra bu dəfə Türkiyədə terror törədilməsi təhlükəsi yaranıb. Hesab olunur ki, Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatlara qoşulmaq barədə qərar verməsi ilə bağlı olaraq terror qrupu qisas aksiyalarına başlayacaq və Türkiyənin sərhəd kənd və qəsəbələri üçün təhlükə yaradacaq. Bununla əlaqədar NATO-nun baş katibi Cens Stoltenberq bildirib ki, əgər belə bir təhlükə ciddiləşərsə, NATO öz nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq vəziyyətə müdaxilə edəcək.
 
İŞİD-ə qarşı savaş 30 il vaxt apara bilər
Yeri gəlmişkən, ötən gün Türkiyə mediasında İŞİD-in ölkədə terror hazırlaması ilə bağlı məlumatlar yayılıb. Ancaq Türkiyənin hələlik İŞİD-ə qarşı hərbi əməliyyatlar həyata keçirmədiyini nəzərə alsaq terror təhdinin real olmadığını düşünmək olar. Çünki məlum olduğu kimi hazırda Türkiyə hökuməti İŞİD-lə savaşa qatılmaq istəmir. Bunu baş nazir Davudoğlu da açıq şəkildə bəyan edib. Belə bir durumda İŞİD-in Türkiyədə terror törədib daha bir güclü düşmən qazanması inandırıcı görünmür. Ancaq perspektiv üçün bu təhlükə qalır və mütəxəssislərin hesablamalarına görə, İŞİD-ə qarşı mübarizə uzun illər davam edə bilər. Məsələn, hazırda İŞİD mövqeləri koalisiya qüvvələri tərəfindən bombalansa da, bir sıra müşahidəçilər bu bombardmanların təsirinin az olduğunu qeyd edir. Amerikanın “Wall Street Journal” qəzetinə danışan İŞİD komandanlarından biri bildirib ki, ABŞ hərbi hava qüvvələri daha çox İŞİD-in boşaldılmış düşərgələrini vurur. İŞİD-çi bildirib ki, Suriya hökumət qüvvələrinin bombardmanı daha böyük təsirə malik olur.
ABŞ-ın sabiq müdafiə naziri isə “USA Today” qəzetinə müsahibəsində bildirib ki, İŞİD-ə qarşı müharibə 30 il davam edə bilər. Panetta bunun əsas günahının ABŞ hökumətində olduğunu deyib. Müsahibəsində keçmiş müdafiə naziri deyib ki, Obamanın 2011-ci ildə ABŞ ordusunu İraqdan çıxarma qərarı ölkədə təhlükəsizlik “vakumu” yaradıb. Panetta deyib ki, Obama 2012-ci ildə Hillari Klinton və kəşfiyyat xidməti rəisinin Suriya müxalifətini dəstəkləməklə bağlı tövsiyələrini nəzərə almayıb.
Kənan
Previous Post

Türkiyə və İŞİD sınağı

Next Post

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı

Bənzər yazılar

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

09 Oktyabr 2026 - 15:16

Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr 2026 - 13:34

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları...

Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

09 Oktyabr 2026 - 12:13

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci...

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53

Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq. Elchi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol...

Next Post

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.